Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Azərbaycan
 

Ümumi Məlumat

Azərbaycan Tarixi

Qarabağ Münaqişəsi

Azərbaycanda Turizm

Azərbaycan Musiqisi

Azərbaycan Mediası

Azərbaycan Türkiyə əlaqələri

Diplomatik və konsulluq nümayəndəlikləri

XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSUNA DAİR

Əlaqəli Linklər

 
 
Ümumi Məlumat
 

Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km.-dir.

Əhalisinin sayı 8202,5 min nəfərdir (2003-ci ilin əvvəlinə).

Dövlət başçısı Prezident İlham Əliyev

Respublikanın tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.

Dövlət dili Azərbaycan dilidir.

Əhalinin 95%-dən çoxu bu dildə danışır.

Paytaxtı Bakı şəhəridir. Əhalisi 2 milyon nəfərə yaxındır.

Milli pul vahidi manatdır.

Azərbaycan əhalisinin əksəriyyəti islam dininə sitayiş edir. Ölkədə müsəlman məscidləri ilə yanaşı pravoslav-rus, pravoslav-gürcü, yəhudi, erməni-qriqorian, molokan, katolik, protestant, həmçinin digər dini icmalar mövcuddur.

1988-ci ildən Ermənistan tərəfindən başlanılmış ərazi iddiaları və hərbi təcavüz nəticəsində Azərbaycanın ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş və 1 milyona yaxin əhali qaçqın və ya məcburi köçkün vəziyyətindədir.