Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[25.06.2007] AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASININ 89 İL ÖTÜR

[25.06.2007] 2025-Cİ İLƏ KİMİ ERMƏNİSTAN ƏHALİSİ 6 FAİZ AZALACAQ, AZƏRBAYCAN ƏHALİSİ İSƏ 1,5 MİLYON NƏFƏR ARTACAQ

[22.06.2007] İSVEÇ KRALLIĞININ HÖTEBORQ İNFORMASİYA TEXNOLOGİYALARI UNİVERSİTETİNƏ QƏBUL ÜÇÜN MÜSABİQƏ KEÇİRİLƏCƏK

[22.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “MÜHARİBƏ HƏLƏ BİTMƏYİB”

 
 
Son Xəbər
 

AZƏRBAYCAN ÜMUMİ DAXİLİ MƏHSULUN VƏ SƏNAYENİN İNKİŞAF TEMPİNƏ GÖRƏ MDB MƏKANINDA LİDERDİR
[06.06.2007 17:00]

Azərbaycan bu ilin dörd ayı ərzində ümumi daxili məhsulun artım tempinə görə də MDB respublikaları arasında liderdir. APA-nın məlumatına görə, bu müddətdə Azərbaycanda ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 37,1% artıb. Bu müddətdə Ermənistanda ÜDM artımı 11,1%, Qırğızıstanda 9.1%, Belarusda 8,7%, Ukraynada 7,9%, Tacikistanda 5,9% olub. MDB Dövlətlərarası Statistika Komitəsi quruma daxil olan dövlətlərdə yanvar-aprel aylarında sənayenin inkişaf tempinə dair də rəqəmləri açıqlayıb. Yanvar-aprel aylarında Azərbaycanda sənayenin inkişaf tempi ötən ilin müvafiq dövrünə nisbətən 36,6 faiz artıb. Azərbaycan bu göstəriciyə görə MDB respublikaları arasında liderdir. MDB Dövlətlərarası Statistika Komitəsi Ukrayna (12,5%), Qazaxıstan (9,5%) və Rusiyanın (7,5%) bu göstəriciyə görə ilk dördlükdə təmsil olunduğunu açıqlayıb. Bu ilin ilk dörd ayı ərzində MDB dövlətlərindən yalnız Moldovada (- 6,4%) sənayenin inkişaf tempi mənfi rəqəmlərlə ifadə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayenin inkişaf tempi Tacikistanda 7,4%, Belarusda 6,7%, Qırğızıstanda 2,5%, təşkil edib. Ermənistanda isə bu artım cəmi 1,7% olub. Ümumilikdə MDB məkanında yanvar-aprel aylarında sənayenin inkişaf tempi ötən ilin ilk dörd ayı ilə müqayisədə 9% artıb. MDB Dövlətlərarası Statistika Komitəsi Gürcüstan, Özbəkistan və Türkmənistanla bağlı göstəriciləri açıqlamayıb.