Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

İSVEÇ KRALLIĞININ HÖTEBORQ İNFORMASİYA TEXNOLOGİYALARI UNİVERSİTETİNƏ QƏBUL ÜÇÜN MÜSABİQƏ KEÇİRİLƏCƏK
[22.06.2007 15:50]

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İsveç Krallığının Höteborq İnformasiya Texnologiyaları Universiteti (HİTU) arasında imzalanmış razılaşma sənədlərinə əsasən, respublikamız üçün müasir informasiya və kommunikasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə İsveçin adı çəkilən universitetində 8 yer ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, HİTU-yə tələbələr ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə 500-dən çox bal toplamış gənclər arasından müsabiqə yolu ilə seçiləcək.
Müsabiqədə həm bu il ali məktəblərə qəbul olunan, həm də hazırda ali məktəblərin 1-ci və 2-ci kurslarında təhsil alan tələbələr iştirak edə bilərlər.
Onlar ingilis dilini mükəmməl bilməli və bunu təsdiq edən sənəd kimi TOEFL və ya IELTS sertifikatına malik olmalıdırlar. Müsabiqədən keçənlərin sənədləri seçim üçün qarşı tərəfə göndəriləcək və müsbət cavab alınarsa, onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə təhsil almaq üçün həmin təhsil müəssisəsinə göndəriləcəklər. Bu tələbələrə ildə bir dəfə gediş-gəliş üçün uçuş biletləri alınacaq və hər ay üçün xüsusi təqaüd veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər ali məktəblərə qəbul imtahanlarının nəticələri elan olunan gündən bir həftə müddətində TQDK-ya müraciət etməlidirlər.