Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

[25.06.2007] AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASININ 89 İL ÖTÜR

[25.06.2007] 2025-Cİ İLƏ KİMİ ERMƏNİSTAN ƏHALİSİ 6 FAİZ AZALACAQ, AZƏRBAYCAN ƏHALİSİ İSƏ 1,5 MİLYON NƏFƏR ARTACAQ

 
 
Son Xəbər
 

2025-Cİ İLƏ KİMİ ERMƏNİSTAN ƏHALİSİ 6 FAİZ AZALACAQ, AZƏRBAYCAN ƏHALİSİ İSƏ 1,5 MİLYON NƏFƏR ARTACAQ
[25.06.2007 14:25]

2025-ci ilə kimi sabiq SSRİ respublikaları ciddi demoqrafik problemlərlə üzləşəcəklər. Nüfuzlu demoqrafların apardıqları tədqiqatın nəticələri postsovet məkanı əhalisinin ildən-ilə azaldığını və qocaldığını göstərir.

• Ekspertlər sabiq SSRİ məkanın dünyanın ən təhlükəli demoqrafik bölgəsi hesab edir. Regionda təhlükə qocalmış əhalinin sayının çoxluğu, yaşayış tərzinin aşağı olması və iqtisadi, sosial, siyasi islahatların başa çatmaması ilə şərtlənir.

• Bununla bağlı Dünya Bankının hazırladığı xüsusi hesabatda qeyd olunur ki, demoqrafik təhlükə doğuran amillər yerli iqtisadiyyatlar və dövlətlərin gələcəyinə mənfi təsir göstərəcək. Hesablamalara görə, 2015-ci ilə kimi Rusiya əhalisinin sayı 12 faiz, yaxud 17,3 milyon nəfər azalacaq. Ukraynanın “itkiləri” 11,8 milyon nəfər (- 24 faiz), Belarusun əhalisi 1,4 milyon nəfər (- 14 faiz), Gürcüstanın əhalisi 800 min nəfər (- 17 faiz), Latviya, Moldova və Qazaxıstanın əhalisi 300 min nəfər (- 13, - 7, - 2 faiz), Ermənistanın əhalisi 200 min nəfər (- 6 faiz), Estoniyanın əhalisi isə 100 min nəfər (-9 faiz) azalacaq.

• 2025-ci ilə kimi postsovet məkanı respublikalarından yalnız Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan və Qırğızıstanın əhalisinin artacağı proqnozlaşdırılır. Bu müddətdə Özbəkistan əhalisi 9,3 milyon, Tacikistan əhalisi 2,6 milyon, Türkmənistan əhalisi 1,6 milyon, Azərbaycan əhalisi 1,5 milyon, Qırğızıstan əhalisi isə 1,3 milyon nəfər artacaq.

• Demoqraflar əhalinin qocalması prosesini təkcə postsovet məkanı regionu üçün deyil, bütün dünya ölkələri üçün xarakterik olduğunu bildirir. 2025-ci ildə planetin hər beşinci sakininin yaşı 65-dən yuxarı olacaq. Hesabatda qeyd olunur ki, hazırda sabiq SSRİ məkanında ötən əsrin 70-ci illərində Qərbi Avropada gedən proseslər təkrarlanır: doğum səviyyəsi aşağı düşür və uzunömürlülük həddi artır.

• Lakin Qərbi Avropadan fərqli olaraq postsovet məkanın bu göstəricilər bir-birindən kəskin şəkildə fərqlənir. Məsələn, Ukraynanın demoqrafik göstəriciləri Böyük Britaniya ilə eyni olsa da, bu ölkədə həyat səviyyəsi Əlcəzair və Venesuelanın göstəricilərini təkrarlayır. Gürcüstanın demoqrafik mənzərəsi Almaniyaya daha çox bənzəyir, lakin bu ölkənin həyat səviyyəsi Mozambikin həyat səviyyəsi ilə çox yaxındır.

• Əhalisi “qocalan” postsovet məkanı ölkələri daha ciddi problemlə üzləşir – bu ölkələrin hökumətləri təqaüdçülərin pensiyalarını ödəmək problemini həll etməlidir. Sabiq SSRİ məkanı ölkələrinin yaşlı əhalisinin əksəriyyəti dövlətdən asılı vəziyyətdədir.