Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASININ 89 İL ÖTÜR
[25.06.2007 14:29]

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 89-cu ili tamam olur. APA-nın məlumatına görə, 1918-ci il iyunun 26-da Gəncədə yerləşən Azərbaycan parlamenti keçmiş rus ordusunun azərbaycanlılardan ibarət «Dikaya divizya» adlanan 600 nəfərlik alayının bazasında ordunun yaradılması barədə qərar çıxarıb.
Alayın komandiri general Əliağa Şıxlınski olub. Sonradan Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zabitlərinin iştirakı ilə Azərbaycanın təxminən 20 min nəfərdən ibarət ordusu yaradılıb. Bu ordu Bakının bolşevik-daşnak işğalından azad edilməsində, Muğanda bolşevik üsyanının yatırılmasında, həmçinin, Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda uğur qazanıb. Sovet işğalından sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib və bu funksiyanı Xalq Hərbi Komissarlığı həyata keçirib. Azərbaycan ordusunun 21 generalından 15-dən çoxu bolşeviklər tərəfindən güllələnib. Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra - 1991-ci ilin sentyabrında Ali Sovet (Milli Məclis) Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda həm şəxsi heyətinin sayına, həm də maddi-texniki imkanlarına görə ön yerdə dayanır. 2007-ci ildə Azərbaycanın dövlət büdcəsindən hərbi məqsədlər üçün 1 mlrd. 100 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb. Bir sıra ölkələrlə və beynəlxalq təşkilatlarla, o cümlədən, NATO ilə müxtəlif proqramlar (Sülh Naminə Tərəfdaşlıq Proqramı, Planlaşdırma və Analiz Prosesi, Fərdi Əməkdaşlığın Fəaliyyət Planı) çərçivəsində əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinə Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunlar, MTN-in hərbiləşdirilmiş bölmələri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Milli Qvardiya və digər birləşmələr daxildir. Ötən 89 il ərzində Azərbaycan Müdafiə Nazirliyinə Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov (1918-1920), Valeh Bərşadlı, Tacəddin Mehdiyev, Şahin Musayev, Tahir Əliyev, Rəhim Qazıyev, Vahid Musayev, Dadaş Rzayev, Məmmədrəfi Məmmədov və Səfər Əbiyev (1991-2007), Silahlı Qüvvələrin Baş Qərargahına isə Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç (1918-1920), Şahin Musayev, Valeh Bərşadlı, Səfər Əbiyev, Rüfət Əmirov (hər ikisi müvəqqəti icra edib) Nurəddin Sadıqov və Nəcməddin Sadıqov (1991-2007) rəhbərlik edib.