Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
[28.06.2007 17:35]

Bakıda «Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq: mövcud durum və perspektivlər» mövzusunda beynəlxalq konfrans işə başlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qrefin təbrik məktubu oxunub. G.Qref məktubunda Azərbaycanla Rusiya arasındakı iqtisadi və ticarət münasibətlərinin getdikcə inkişaf etdiyini bildirib: «Lakin bu münasibətlərin hazırkı səviyyəsi iki ölkənin mövcud potensialına uyğun deyil. Ona görə də ikitərəfli əlaqələri daha yüksək səviyyəyə çatdırmaq üçün birgə işləməliyik». Daha sonra Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakovun təbrik məktubu oxunub. Palata başçısı məktubunda ümid etdiyini bildirib ki, sözügedən konfrans ikitərəfli münasibətlərin inkişafında, regional əməkdaşlıq və sabitlikdə mühüm rol oynayacaq. Konfrans iştirakçılarını salamlayan Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, bu ilin ilk 4 ayının nəticələrinə uyğun olaraq Rusiya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib: «Bu isə iki ölkə arasındakı münasibətlərin səviyyəsini göstərir». Konfrans iştirakçıları bildiriblər ki, yüksək templə inkişaf edən Azərbaycan və Rusiya iqtisadiyyatlarının potensialı nəzərə alınsa, 2 ölkə arasındakı indiki mal dövriyyəsinin həcmi lazımi səviyyəyə uyğun deyil. Bunun əsas səbəbi isə Azərbaycanla Ruisya arasında investisiya əməkdaşlığının kifayyət dərəcədə inkişaf etməməsidir. Belə ki, Avropa Birliyi ölkələri fonunda Ruisyanın Azərbaycana investisiyaları çox azdır. Bununla yanaşı reqional və sərhədyanı əməkdaşlığın inkişafı da zəruridir. Burada keyfiyyətcə yeni səviyyəyə keçmək və bu əlaqələrin daimi xarakter alması üçün işlər görülməlidir. Ötən ilin yekunlarına dair Azərbaycanla Ruisya arasında mal dövriyyəsi 1 milyard 600 milyon dollar təşkil edib.2005-ci ilin müvafiq dövrü ilə müqayisədə bu 52,2% çoxdur. Amma 2 ölkə arasındakı mal dövriyyəsinin həcminə enerji ehtiyatları daxil edilmədən belə yaxın 1-2 il ərzində bu göstəricini 2 milyard dollara çatdırmaq mümkündür. Və bu da hələ son deyil. Azərbaycan rəsmilərinin, qeyri-hökumət təşkilatları, ölkəmizdə fəaliyyət göstərən Rusiya şirkətlərinin, Rusiyanın Tatarıstan, Stavropol, Kurqan vilayətlərinin nümayəndələrinin dəvət olunduğu konfransda konstruktiv, işgüzar dialoq aparıldı, 2 ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə mane olan problemlər qeyd edilib.
Konfransda əmək miqrasiyası, vahid nəqliyyat dəhlizinin yaradılması müzakirə olundu, Azərbaycan və Ruisyanın birgə iri layihələr həyata keçirilməsinin vacibliyi vurğulandı. Volqa Don kanalının 2-ci xəttinin tikintisi də diqqət mərkəzində olan məsələlərdən biri olub.
Toplantıda iqtisadi-ticari əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib. Bunlar-Ruisyaya ixrac məqsədilə kənd təsərrüfatı məhsullarının birgə istehsalı və emalı, maşınqayırma, neft avadanlığının istehsalı sahəsində birgə müəssisələrin yaradılması, gəmiqayırmada əməkdaşlığın inkişafı, beynəlxalq və regional layihələrdə Azərbaycanla Rusiyanın birgə iştirakıdır. Konfransın yekunlarına dair bəyannamə qəbul edilib.