Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB
[29.06.2007 10:09]

Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə iyunun 28-də Xankəndidə, Şuşada olub, buradan Ermənistana gedərək, Prezident Robert Koçaryan ilə görüşüblər. Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəlmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olublar. Qrupa Ermənistanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri, Ermənistanın əməkdar incəsənət xadimi, professor Armen Smbatyan, İrəvan Dövlət Konservatoriyasının rektoru, professor Serqey Saracyan, Ermənistanın Milli Elmlər Akademiyasının prezidenti, akademik Radik Martirosyan, Ermənistanın xalq artisti, Rus Dram Teatrının bədii rəhbəri, professor Aleksandr Qriqoryan, Ermənistanın Respublika xəstəxanasının terapiya şöbəsinin müdiri Lyudmila Qriqoryan, Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri, Azərbaycanın xalq artisti, professor Polad Bülbül oğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Kamal Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycanın xalq artisti, professor Azər Paşa Neymətov, Azərbaycanın əməkdar mühəndisi, iş adamı İlham Fətəliyev daxil idilər. Görüş zamanı dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan edərək vurğulayıb ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı prinsipləri əsasında Dağlıq Qarabağa yüksək muxtariyyət verilməklə həll edilə bilər.