Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[26.12.2007] XARİCİ İŞ ADAMLARININ AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYA QOYMAĞA CƏLB OLUNMASINDA SOYDAŞLARIMIZ FƏAL ROL OYNAYA BİLƏRLƏR

[26.12.2007] AZƏRBAYCAN TƏHLÜKƏSIZLIK ŞURASININ ICLASI KEÇIRILIB

[06.12.2007] DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏK

[23.11.2007] AZƏRBAYCAN MILLI KULINARIYA MƏRKƏZI ÖLKƏ PREZIDENTINƏ MÜRACIƏT EDIB

 
 
Son Xəbər
 

XARİCİ İŞ ADAMLARININ AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYA QOYMAĞA CƏLB OLUNMASINDA SOYDAŞLARIMIZ FƏAL ROL OYNAYA BİLƏRLƏR
[26.12.2007 15:30]

AzərTAc xəbər verir ki, bu fikir iqtisadi inkişaf naziri Heydər Babayevlə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirovun görüşündə səslənmişdir.
N.Ağamirov AAK-ın 2007-2009-cu illər üçün nəzərdə tutulmuş Fəaliyyət Proqramı barədə ətraflı məlumat vermiş, sənəddə nəzərdə tutulmuş tədbirlərin Azərbaycanımızın Avropaya daha yaxşı tanıdılmasına, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcəyini vurğulamışdır. O demişdir ki, Tədbirlər Proqramında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin nəticələri barədə avropalı iş adamlarının daha dolğun məlumatlandırılması və onların ölkəmizə investisiya qoymağa təşviq edilməsi məsələləri də əksini tapmışdır.
N.Ağamirov Azərbaycanın iqtisadi inkişaf potensialı və təbii resursları ilə bağlı simpoziumun, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropadakı azərbaycanlı iş adamlarının Forumunun təşkili ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin dəstəyinə də ciddi ehtiyac duyulduğunu vurğulamışdır. Heydər Babayev AAK-ın ölkəmizin iqtisadi potensialı ilə bağlı avropalı iş adamlarının məlumatlandırmasını yüksək qiymətləndirmiş, Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirləri dəstəklədiyini və bunun üçün zəruri addımların atılacağını bildirmişdir.