Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[17.03.2009] BAKIDA DÜNYA İQTİSADİ BÖHRANININ QLOBAL ENERJİ SİSTEMİNƏ TƏSİRİ MÜZAKİRƏ EDİLIB

[17.03.2009] REFERENDUMLA BAĞLI TƏŞVIQAT KAMPANIYASI BAŞA ÇATIB

[17.03.2009] GƏNCƏDƏ HAZIRLANAN 3 TONLUQ PAXLAVANIN GİNNESSİN REKORDLAR KİTABINA DÜŞMƏSİ ÜÇÜN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

[05.03.2009] İYULUN 1-DƏN AZƏRBAYCANDA MIQRASIYA PROSESLƏRININ IDARƏ OLUNMASINDA “BIR PƏNCƏRƏ” SISTEMI TƏTBIQ OLUNACAQ

 
 
Son Xəbər
 

REFERENDUMLA BAĞLI TƏŞVIQAT KAMPANIYASI BAŞA ÇATIB
[17.03.2009 13:51]

Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi çərçivəsində aparılan təşviqat kampaniyası başa çatdı. Martın 17-də təbliğatın aparılması qadağındır, bununla məşğul olan mətbuat vasitələri və təşviqat qrupları cəzalandırıla bilər. Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyevin sözlərinə görə, Seçki Məcəlləsinə görə qanundan kənar təşviqat aparanlar barəsində hətta cinayət işi də qaldırıla bilər: “Burda inzibati cəza ola bilər. Seçki Məcəlləsində elə maddələr var ki, qanunvericiliyə görə hətta cinayət məsuliyyəti də yaradır. Ancaq bütün hallarda buna hüquq müstəvisində qiymət verilir. Sadəcə olaraq, biz özümüz cəza tətbiq etmrik. Biz məhkəməyə müracət edərək, buna hüquqi müstəvidə qiymət veririk”. Azər Tağıyev bildirir ki, təşviqata ayrılmış vaxt bitəndən sonra referendumun lehinə və ya əlehinə, səsvermədə iştirakı dəstəkləyən və boykot fikrinə əsaslanan bütün çıxışlar və çağırışlar qanun pozuntusu sayılacaq. MSK üzvünün fikrincə, qeydiyyata alınmış təşviqat qrupuna təbliğatın icazə verildiyi dövrdə öz fikirlərini söyləmək üçün lazımi şərait yaradılıb. MSK, bu qruplardan daxil olan şikayətlərə də baxılmasını təmin edilib: “Bütün qrpular on minlərlə insanla görüşlər keçirib. İstər qapalı, istər açıq şəraitdə onlara lazımi şərait yaradılıb. Yalnız bir şikayət daxil olub. "Xalq qəzeti"ndə başlıq səhv getmişdi. Onunla bağlı bizə müracət oldu və məsələ səhəri gün dərhal həll edildi”.
Xatırladaq ki, MSK respublika ərazisində 9, dairə seçki komissiyalarının ərazilərində isə 124 təşviqat qrupunu qeydiyyatdan keçirib. Artıq respublika üzrə səsverməni müşahidə etmək istəyən 2220 müşahidəçi qeydə alınıb və müvafiq vəsiqə ilə təmin olunub. Müşahidəçilər 23 qeyri-hökumət təşkilatını, 5 təşviqat qrupunu və 1 siyasi partiyanı təmsil edir. Dairə seçki komissiyalarında isə müşahidəçi qismində 18 mindən çox vətəndaş qeydiyyatdan keçib.