Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[10.07.2009] AZƏRBAYCANIN DİPLOMATİK XİDMƏTİNİN 90 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLİB

[03.07.2009] ABŞ KONQRESİ NÜMAYƏNDƏLƏR PALATASININ TƏXSİSATLAR KOMİTƏSİNİN DÖVLƏT ƏMƏLİYYATLARI, XARİCİ ƏMƏLİYYATLAR VƏ ƏLAQƏDAR PROQRAMLAR ALT KOMİTƏSİNƏ

[02.07.2009] “AZƏRBAYCAN İNTERNƏŞNL” JURNALININ TƏSİSÇİSİNƏ HAFİZ PAŞAYEV ADINA MÜKAFAT TƏQDİM OLUNUB

[30.06.2009] ŞİMON PERES BAKIDA YƏHUDİ İCMALARININ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

 
 
Son Xəbər
 

“AZƏRBAYCAN İNTERNƏŞNL” JURNALININ TƏSİSÇİSİNƏ HAFİZ PAŞAYEV ADINA MÜKAFAT TƏQDİM OLUNUB
[02.07.2009 15:41]

İyulun 1-də ABŞ səfirinin Bakıdakı iqamətgahında “Azərbaycan İnternəşnl” jurnalının təsisçisi Pirus Xanlıya və jurnalın baş redaktoru Betti Bleyerə ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə töhfəyə görə Hafiz Paşayev adına mükafat təqdim olunmuşdur. ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders demişdir: “Pirus və Betti “Azərbaycan İnternəşnl” jurnalının səhifələrində Azərbaycanın qapılarını amerikalılar üçün açmışlar”.
Diplomat bildirmişdir ki, 1993-cü ildə yarandığı vaxtdan nəşr öz səhifələrində Azərbaycan xalqına, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, mətbəxinə və ənənələrinə həsr olunmuş yazılara xüsusi yer ayırmışdır. Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev jurnalın təsisçilərini təbrik etmişdir. O, nəşrin yaranma tarixindən və bu istiqamətdə qarşıya çıxmış çətinliklərdən danışmışdır. Hafiz Paşayev ABŞ-Azərbaycan münasibətlərinin inkişafında jurnalın gördüyü işlərin əhəmiyyətini vurğulamışdır. Hafiz Paşayev adına mükafat 2008-ci ildə təsis edilmişdir. Bu mükafat ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafına töhfələr vermiş insanlara təqdim olunur.