Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Azərbaycan
 

Ümumi Məlumat

Azərbaycan Tarixi

Qarabağ Münaqişəsi

Azərbaycanda Turizm

Azərbaycan Musiqisi

Azərbaycan Mediası

Əlaqəli Linklər

 
 
Azərbaycanda Turizm
 

Azərbaycanın Turizm sektoru təbii mənzərələr, mədəniyyət ocaqları ve müasir turizm kompleksləri baxımından zəngin imkanlara sahibdir. Yayda istirahət etmək üçün ən yaxsı yerlər dəniz qıraqlarını örtən meşələrlə və gözəl plajlarıyla Xudat-Yalama zonası, Abşeron və Lənkarandır. Bu zonaların plajlarında suyun istiliyi 5 aydan artıq ortalama 22-26 dərəcə olduğuna görə, tətil mövsümü burada daha uzun müddət yaşanır. Qış idmanları və dağ idmanları üçün ən gözəl və cəzbedici yerlər Şamahı və Qusardır. Lisenziyaya sahib isəniz, bir çox meşə heyvanı və quşları ovlaya bilərsiniz. Müntəzəm bir qoruq olan Qızılağac qoruğunu qış aylarında sayca 1 milyondan artıq 2 min cür quş ziyarət edir. Bu qoruqda yabani heyvan və quşların şəkillərini çəkə bilərsiniz. Azərbaycanda bir çox xəstəliyə təbii şəva gətirən şəfalı yerlər, istirahət zonaları və şəfalı sular da mövcutdur. Bir çox mineral suların çıxdığı yer hal hazırda turizm mərkəzi halına çevrilmişdir. Mineral resurslar baxımından çox zəngin yer Naxçıvandır. Bundan başqa Azərbaycanda dünyanın başqa heç bir yerində olmayan şəfalı ağ Naftalan nefti də vardır.

Bakı və Abşeron yarımadası, Nahçıvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara zonaları, Şirvan və Gəncəbasarin tarixi yerləri Azərbaycana gələn turistlər üçün diqqət çəkən yerlərdir. Bu zonaların gözəl təbiyyəti, bir çox tarixi abidələri, etnoqrafik fərqlilik, heyran edici yerli sənətkarlar Azərbaycanı ziyarət edən qonaqlara böyük təsir bağışlayacaqlar.