Main Page Consulate Press-releases Azerbaijan Press Contacts
News Archive
 

[23.01.2008] TÜRKIYƏ ILƏ VIZA REJIMININ LƏĞV OLUNMASI ÜÇÜN AZƏRBAYCAN QANUNVERICILIYƏ DƏYIŞIKLIK ETMƏLIDIR - KONSULLUQ İDARƏSININ RƏISI

[23.01.2008] İSRAIL PARLAMENTININ VITSE-SPIKERI: “YƏHUDILƏRƏ TAM SƏRBƏST YAŞAMAQ IMKANI YARATDIĞINA GÖRƏ AZƏRBAYCAN DÖVLƏTINƏ MINNƏTDARIQ”

[17.01.2008] AZƏRBAYCANIN TÜRKIYƏDƏKI SƏFIRLIYI 20 YANVAR FACIƏSININ ILDÖNÜMÜ ILƏ BAĞLI MÜXTƏLIF TƏDBIRLƏR KEÇIRƏCƏK

[10.01.2008] TÜRK RESPUBLIKALARININ ORTAQ DILI OLACAQ - AZƏRBAYCAN PARLAMENTININ KOMISSIYA SƏDRI

 
 
Last News
 

İSRAIL PARLAMENTININ VITSE-SPIKERI: “YƏHUDILƏRƏ TAM SƏRBƏST YAŞAMAQ IMKANI YARATDIĞINA GÖRƏ AZƏRBAYCAN DÖVLƏTINƏ MINNƏTDARIQ”
[23.01.2008 14:13]

İsrail parlamentinin (Knesset) vitse-spikeri Amnon Koen Bakıda səfərdədir. APA-ya Azərbaycanla İsrail arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən vitse-spiker Bakıda olacağı iki gün ərzində keçirəcəyi görüşlərin bu münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb. O, demək olar ki, hər il Azərbaycana gəldiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. İsraildən Azərbaycanda çoxlu biznesmenin çalışdığını söyləyən vitse-spiker onların iqtisadiyyatın müxtəlif sahələrini təmsil etdiklərini bildirib. Yəhudilərin kompakt yaşadığı Qubaya da bir neçə dəfə səfər etdiyini deyən A. Koen oradakı sinaqoqlara da baş çəkdiyini söyləyib: “Yəhudilərə tam sərbəst yaşamaq və dini ayinləri yerinə yetirmək üçün imkan yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarıq”.