Main Page Consulate Press-releases Azerbaijan Press Contacts
News Archive
 

[30.12.2008] NAZIM İBRAHIMOV: “AZƏRBAYCAN DIASPORU ÜÇÜN HƏR KEÇƏN IL MÜVƏFFƏQIYYƏT SAYILA BILƏR”

[29.12.2008] DILLƏR UNIVERSITETINDƏ HƏMRƏYLIK GÜNÜ QEYD OLUNUB

[29.12.2008] ATAF-IN ÜZVLƏRİ MİLLİ MƏCLİSİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR

[26.12.2008] TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ İLK SESSİYASI BAKIDA KEÇİRİLƏCƏK

 
 
Last News
 

AZƏRBAYCAN HƏKIMLƏRI ASSOSIASIYASI “TÜRKDILLI XALQLARIN TƏBIBLƏR İTTIFAQI”NIN YARADILMASINI TƏKLIF EDIR
[22.12.2008 12:27]

Azərbaycan Həkimləri Assosiasiyası “Türkdilli Xalqların Təbiblər Ittifaqı”nın (TXTI) yaradılmasına dəstək verilməsi məqsədilə türkdilli xalqların tibb assosiasiyaları, alimləri və həkimlərinə müraciət edib. Azərbaycan Həkimləri Assosiasiyasının prezidenti, Təşəbbüs Qrupunun rəhbəri Qalib Əliyev APA-ya bildirib ki, dil və din qardaşlığı, xalqlarımızın tarixi , mədəni ümumiliyi, sağlamlığın qorunması sahəsində mövcud problemlərin eyniliyi bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından ibarət ittifaqın yaradılmasını zəruri edir. İttifaq təbabətin aktual problemlərinə özəl fikir bildirmək, tibbi hüquq , tibbi etika və peşəkarlıq səviyyəsinin yüksək standartları məsələlərində ümumi razılığa gəlmək imkanı yaradacaq. İttifaqın yaradılması müasir informasiya mübadiləsinə, tibb elmi və praktikasının nailiyyətlərinin bölüşdürülməsinə, birgə konfrans, təlim, distansion məsləhətləşmələrin keçirilməsinə təkan verəcək. İttifaq tərəfindən türk və ana dilində jurnalların buraxılması, saytların yaradılması da nəzərdə tutulur.