Main Page Consulate Press-releases Azerbaijan Press Contacts

Press - Releases Archive
 

• 27.02.2008   PRESS RELIZ No 07
 

• 26.02.2008   PRESS RELİZ No 06
 

• 25.02.2008   TÜRKİYƏDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
 

 
 
Press - Release
  TÜRKİYƏDƏ TƏHSİL ALAN
AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar öz bilik və təcrübələrindən istifadə edərək aşağıda göstərilən mövzular üzrə elmi yarışmada iştirak etmələrini arzu edirik. Mövzuların türk dilində yazılmasının sizin üçün daha rahat olduğunu nəzərə alaraq yalnız türkcə mətnlər qəbul ediləcəkdir.

MÖVZU: HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏT
QURUCULUĞU (1993-2003-CÜ İLLƏR)

1. İqtisadiyyat (neft strategiyası, kənd təsərrüfatı, sənaye, quruculuq, sahibkarlığın inkişafı və s.)
2. Siyasət (daxili siyasət, xarici siyasət, beynəlxalq müstəvidə Azərbaycanın yeri, rolu, əhəmiyyəti, Dağlıq Qarabağ problemi, torpaqlarımızın zəbti, azərbaycanlıların doğma və qədim yurdlarından didərgin salınması və s.)
3. Mədəniyyət (mənəviyyat, ədəbiyyat və incəsənət, elm və s. sahələr üzrə ulu öndərin qayğısı, köməyi)


YARIŞMANIN ŞƏRTLƏRİ:

- Yazılan mövzuların həcmi 7 (yeddi) səhifədən çox olmamalıdır.
- Yazılan məqalələr Times New Roman 12 şriftli və sətirlər arası məsafə 1.5 olmalıdır.
- Mətnlər ciddi təhlil olunmalı, dil, üslub, məzmun xətaları müəlliflərə aid olub jüri tərəfindən nəzərə alınacaqdır.
- Yalnız İnternetdən kopyalanaraq mövzu halına gətirilən əsərlər yarışmadan kənarlaşdırılacaq.
- Yazılan mövzular Baş Konsulluğun ünvanına (I Levent, Sümbül sokak 17, İstanbul) göndərilməli və ya kitabın tərtibatçısı Baş konsulluğun əməkdaşı Şahin İsgəndərova şəxsən təhvil verilməlidir.
- Yazılan mövzuların son təslim tarixi 31.03.2008-ci il
- DİQQƏT!: Hər bir tələbə 1 ədəd rəngli fotoşəkil (4:6 ölçülü), müəllifə aid tərcümeyi-hal o cümlədən təhsil aldığı şəhərin, universitetin, fakültənin adını, kursunu, elmi dərəcəni, telefon nömrəsini və s. göstərməlidir.

Məqalələrə yazıların CD-yə (Microsoft Word formatında) yazılmış şəkili də əlavə olunmalıdır.

Yarışmanın nəticələri Azərbaycan İstanbul Baş Konsulluğu tərəfindən müəyyən edilmiş jüri tərəfindən dəyərləndiriləcəkdir.

Hər bir mövzu üzrə (iqtisadiyyat, siyasət və mədəniyyət) ilk 3 (üç) yerə ümumilikdə 9 qalibə mükafat veriləcəkdir:
Mükafatlar çap edilmiş kitabla birlikdə H. Əliyevin ad günü ərəfəsində təntənəli mərasimdə təqdim ediləcəkdir.

1-ci yer : 500 YTL
2-ci yer : 400 YTL
3-ci yer : 300 YTL