AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
İstanbulda 20 Yanvar şəhidləri anılıb

 İstanbulda 20 Yanvar şəhidləri anılıb

İstanbulda 20 Yanvar şəhidləri anılıb
İstanbulda 20 yanvar faciəsinin 21-ci il dönümü qeyd olunub.
Vətənimizi ucalığa daşıyan şəhidlərimizin ruhu ehtiramla yad edilib.
Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğumuz, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirdi. Mərasimdə konsulluğumuzun əməkdaşları, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın diaspora nümayəndələri, geyri-hökümət təşkilatların, siyasi partiyaların nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr iştirak edirdi.
Baş Konsul Həsən Zeynalov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin mübarizə tarixinə nəzər salaraq bildirdiki, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarı bütün gələcək nəsillərə nümunə olacaq. Rus hərbi imperiyasının törətdiyi qanlı faciə heç zaman unudulmayacaq. Həsən Zeynalov qeyd etdi ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və qanları ilə şərəfli tarix yazdılar.
Sonra, 20 yanvar hadisələri ilə bağlı film nümayiş etdiridi.
İstanbulda yaşayan ziyalılarımız da çıxışlarında şəhidlik zirvəsinin 
ucalığından söhbət açaraq, nəsillərə nümunə olan qəhrəmanlıq tariximizdən bəhs etdilər. Çıxışlarda vurğulandı ki, vətəninin azadlığı üçün canından keçən oğulların dövləti, bu gün bütün aləmdə günəş kimi parlayır. Bu təcəssümdə, Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük zəhməti var. Bütün bunların müqabilində Azərbaycan bu gün bütün dünyaya haqq işini bəyan etməkdə və zəfərlərini bir-birinin ardına düzməkdədir. Vurğulandı ki, indi şəhidlərin ruhu arxayındır ki, mübarizələri boşa getməyib.

 

Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
Ümummilli Lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə İstanbulda anma mərasimi keçirildi
İstanbul 30-cu Beynəlxalq Kitab sərgisində “Kitabi-Dədə Qorqutdan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Qurban bayramı münasibəti ilə Baş Konsulluq tərəfindən bayram sovqatları paylandı
Ramazan Bayramı münasibəti ilə yardım qutuları paylandı
İstanbulda Azərbaycanın Respublika Günü qeyd edildi
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Elanlar
Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar 31.12.2013 – 06.01.2014 tarixləri qeyri-iş günləri elan olduğu üçün Baş Konsulluqda vətəndaşların qəbulu həyata keçirilməyəcəkdir.
Milli Liderimiz Haydar Aliyevin vefatının 10.yıldönümü nedeniyle 12 Aralık 2013 saat 11:00 Sarıyer Haydar Aliyev Parkında anma töreni düzenlenecektir Adres: Haydar Aliyev Parkı, Sarıyer, 34457 Kireçburnu, İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn