AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
Xocalı soyqırımın 19-cu ildönümü İzmirdə anıldı
Heydər Əliyev Fondunun Türkiyədəki  nümayəndəliyinin, İstanbuldakı Baş Konsulluğumuzun və İzmir Azərbaycan Mədəniyyət evinin təşkil etdiyi  Xocalı soyqrımının 19-cu il dönümü Türkiyənin İzmir şəhərində anıldı
Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov  Xocalı hadisələrinin Beynəlxalq hüquq tərəfindən soyqırım cinayəti aktı kimi tanınmasının hüquqi əsaslarından söz açdı. Bu hadisələrin Ermənistan Respublikasının Azərbaycana qarşı məqsədyönlü soyqırım siyasətinin bir hissəsi kimi beynəlxalq cinayət olması haqqında faktın dünya birliyinə çatdırılmasında Heydər Əliyev fondunun prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışdı. Bu soyqırımın günahgarlarının cəzasız qalmayacaqlarına əmin olduğunu bildirdi.
Daha sonra İzmirdə təhsil alan Azərbaycanlı tələbələrin təşkil etdiyi Xocalı soyqırımını əks etdirən tamaşa nümayiş olundu. Millət  vəkili Qənirə Paşayeva   İzmirin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə  abidə ucaldılmasını təklif etdi.  Bildirdi ki, Isparta Bələdiyyəsinin sədri onun   Xocalı soyqırımı qurbanlarının xatirəsinə  abidə ucaldılması təklifini müsbət qarşılayıb  və yaxın zamanlarda bu abidə qoyulacaq. Biz istərdik ki Isparta Bələdiyyəsinin bu qərarına İzmirdə qoşulsun və yaxın zamanlarda İzmirin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım abidəsi qoyulsun.
İzmir şəhər Valisinin birinci müavini Mehmet Erdoğan təklifi müsbət qarşılayaraq türk dünyası  ölkələrinin hər zaman birlik bərabərlik içərisində olmaqlarının vacibliyindən danışdı.
 Sonda Türkiyə Millət vəkili Şenol Bal və  Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elman Məmmədov çıxış edərək Xocalı soyqırımını törədənlərin öz laiqli cəzalarını ala bilməsi və dünyanın bu soyqırımı tanıması istiqamətində  bütün türk dünyasını fəal iş aparmağa çağırdılar.
Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
Ümummilli Lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə İstanbulda anma mərasimi keçirildi
İstanbul 30-cu Beynəlxalq Kitab sərgisində “Kitabi-Dədə Qorqutdan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Qurban bayramı münasibəti ilə Baş Konsulluq tərəfindən bayram sovqatları paylandı
Ramazan Bayramı münasibəti ilə yardım qutuları paylandı
İstanbulda Azərbaycanın Respublika Günü qeyd edildi
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Elanlar
BAŞ KONSULLUĞUMUZ 18.06.2012 TARİXİNDƏN ETİBARƏN AKATLAR MƏHƏLLƏSİ, ZEYTİNOĞLU CADDESİ, №65 BEŞİKTAŞ / İSTANBUL ADRESİNDƏ XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYACAQDIR
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn