AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.

Türkiyənin Kocaeli şəhərində  ümummilli Lider Heydər Əliyevin adını daşıyan park açıldı.


Türkiyənin Kocaeli şəhərinin Kartəpə Bələdiyyəsinin ərazisində ümummilli 
Lider Heydər Əliyevin adını daşıyan parkın, açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Respublikası Diasporasının İş üzrə Dövlət Komitəsinin və İstanbuldaki Baş Konsullugunun nümayəndələri, Kocaelinin Bələdiyyə sədri, siyasi partiya təşkilatlarının üzvləri Kocelidə təhsil alan Azərbaycanlı tələbələr iştirak edirdilər. 
Çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov, Türkiyə və Azərbaycanın birgə gələcəyini "bir millət, iki dövlət" prizmasından görən ümummilli liderimizin, xalqlarımız qarşısındakı xidmətlərindən danışdı. 
Ümummilli jider Heydər Əliyevin  xatirəsi Türkiyənin hər bir guşəsində əziz tutulduğu, bu gündə qardaş ölkənin Kartəpə Bələdiyyəsinin ərazisində yerləşən bu əzəmətli parka onun adının verilməsini əlamətdar hadisə kimi qiymətləndirdi. 
Daha  sonra mehtər qrupunun ifasında qəhrəmanliq marşı ifa olundu.  
Kartəpə Bələdiyyə başçısı Şükrü Karabalık  Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan parkın,  rəhbərlik etdiyi bələdiyyənin ərazisində olmasından qürur hissi keçirdiyini qeyd edərək, 4950 m² ərazisi olan parkda Bələdiyyə sakinlərinin dincəlməsi üçün müasir tələblərə uyğun şərait yaratdıqlarını qeyd etdi.
 
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Başçısı Bilal Dündar isə bundan sonrada Kocaeli şəhərində Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi yolunda görüləcək işlərdən danışdı.
Mərasim milli musiqi sədaları altında rəqs nümunələri ilə davam etdi.
 
Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
Ümummilli Lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə İstanbulda anma mərasimi keçirildi
İstanbul 30-cu Beynəlxalq Kitab sərgisində “Kitabi-Dədə Qorqutdan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Qurban bayramı münasibəti ilə Baş Konsulluq tərəfindən bayram sovqatları paylandı
Ramazan Bayramı münasibəti ilə yardım qutuları paylandı
İstanbulda Azərbaycanın Respublika Günü qeyd edildi
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Elanlar
BAŞ KONSULLUĞUMUZ 18.06.2012 TARİXİNDƏN ETİBARƏN AKATLAR MƏHƏLLƏSİ, ZEYTİNOĞLU CADDESİ, №65 BEŞİKTAŞ / İSTANBUL ADRESİNDƏ XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYACAQDIR
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn