AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
 
Dekabr ayının 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Baş Konsulluq İstanbul Dedeman otelində geniş bayram tədbiri keçirtdi. Tədbirdə TBMM millət vəkili Ali Özgündüz, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Fətəli Xan Xoyskinin nəvəsi Leyla İbrahim Xoyski, Nağı bəy Şeyxzamanovun nəvəsi Nəslixan Tombul, ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri, soydaşımız Aleksis Şaxtaxtinski, Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, universitetlərdə çalışan müəllimlər, iş adamları, mədəniyyət xadimləri, tələbələr və s. iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Baş Konsul qonaqları salamlayaraq, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdi. Tədbirin rəsmi hissəsində millət vəkili Ali Özgündüz, Azərbaycan-Türkiyə dərnəklərin başqanları və digərləri çıxış etdilər.
Bayram Azərbaycandan gələn və İstanbulda fəaliyyət göstərən incəsənət nümayəndələrinin iştirakı ilə gecə saatlarına kimi davam etdi. Tədbirdə iştirak edən Brilliant Dadaşova, Əlixan Səmədov öz musiqi heyətləri ilə, həmçinin Cahangir Novruzov, İradə İbrahimova, İslam Manafov kimi incəsənət xadimləri çıxış etdilər. Bayram münasibəti ilə və fəal iştiraklarına görə mədəniyyət xadimlərinə və musiqiçilərə Baş Konsulluq tərəfindən plaketlər təqdim olundu.
Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
Ümummilli Lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə İstanbulda anma mərasimi keçirildi
İstanbul 30-cu Beynəlxalq Kitab sərgisində “Kitabi-Dədə Qorqutdan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Qurban bayramı münasibəti ilə Baş Konsulluq tərəfindən bayram sovqatları paylandı
Ramazan Bayramı münasibəti ilə yardım qutuları paylandı
İstanbulda Azərbaycanın Respublika Günü qeyd edildi
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Elanlar
Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar 31.12.2013 – 06.01.2014 tarixləri qeyri-iş günləri elan olduğu üçün Baş Konsulluqda vətəndaşların qəbulu həyata keçirilməyəcəkdir.
Milli Liderimiz Haydar Aliyevin vefatının 10.yıldönümü nedeniyle 12 Aralık 2013 saat 11:00 Sarıyer Haydar Aliyev Parkında anma töreni düzenlenecektir Adres: Haydar Aliyev Parkı, Sarıyer, 34457 Kireçburnu, İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn