AZ  TR  EN
Anasayfa Linkler İrtibat
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
H.Aliyevin doğum günün 88 yili

 İstanbulda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.  

İstanbulun Sariyer rayonunda yerləşən Ümummilli Lider Heydər Əliyevin 
adını daşıyan parkda keçirilən tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov Ümummili Lider Heydər Əliyevin həyat yolundan və zəngin siyasi irsindən danışdı. Ölkəmizin müstəqilliyinin güclənməsində və dövlətçiliyin qorunub-saxlanmasında, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırdı.
Heydər Əliyev fondunun Türkiyə Təmsilçisi  Dr.Samir  Cəfərovda  Ümummilli lider Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışaraq  bildirdi ki, ümummilli lider 
Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan 
tarixinin ayrılmaz bir hissəsini təşkil edir.  Bu gün ölkəmizin bütün 
sahələrində Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla 
reallaşmaqdadır. 
İstanbulun Sariyer rayonunun Bələdiyə başkanı Şükrü Gənç 
Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulayaraq Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın rəhbərlik etdiyi bələdiyyənin ərazisində olmasından qürur hissi keçirdiyini dedi.
Turcaz Petrol Yönətim kurulu başkanı Erdal Aksoy Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərindən  danışdı.
Daha sonra tədbir Türkiyənin Baxçaşəhər Unversitetində davam etdirildi. 
Unversitetin rektoru  Professor Yılmaz Esmer müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən söz açdı.Ümummilli Liderimizin dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi olduğunu qeyd etdi. 
Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov Ümummilli Lider tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.  Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Digər çıxış edən millət vəkilərimiz Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev Ümimmilli liderin Azərbaycanda dövlət quruculuğu prosesində rolundan və xalqımızın qarşısında misilsiz xidmətlərindən bəhs etdilər.
Marmara Qrupu Strateji və sosyal araşdırmalar  başqanı Akkan Süver  bir zamanlar xəyal kimi görünən Bakı – Tiflis – Ceyhan neft kəmərinin tikintisi yalnız Heydər Əliyein siyasi iradəsiylə gerçəkləşdiyini qeyd edərək bölgədə enerji təhlükəsizliyinin əsasının qoyulduğunu vurğuladı. Tədbir pianoçu İslam Manafov və xalq artisti Briliyant Dadaşovanın ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə sona çatdl. 
Kanlı 20 Ocak faciyesi İstanbulda anıldı
31 Aralık – Dünya Azerbaycanlılarının Dayanışma Günü İstanbulda kutlandı
Ümummilli Lider Heydar Aliyevin vefatının 8-ci ildönümü münasibeti ile İstanbulda anma merasimi keçirildi
İstanbul 30cu Beynelxalq Kitab sergisinde “Kitabi-Dede Korkutdan Nizami Genceviye, Nizami Genceviden bu güne A
Kurban Bayram münasibeti ile Başkonsolosluk bayram hediyeleri dağıtdı
Ramazan Bayramı münasibəti ilə yardım kutuları paylandı
İstanbul'da Azərbaycanın Cümhuriyet Günü kutlandı
Kocaeli'de Haydar Aliyev parkı açıldı
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
H.Aliyevin doğum günün 88 yili
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Duyurular
Bakü`de “Eurovision-2012” şarkı yarışmasının gerçekleştirilmesi ile ilgili Azerbaycan`a gelen yabancılar için kolaylaştırılmış vize prosedürleri Bakü`de gerçekleştirilecek “Eurovision-2012” şarkı yarışması ile ilgili Azerbaycan`a gelen yarışmaya katılımcı ülkelerin vatandaşları aşağıdaki belgelerle Azerbaycan uluslararası hava limanlarında vize ala bilirler: 1. Şarkı yarışması yönetim kurulunun vermiş olduğu resmi davet yazısı; 2. Avrupa Yayımları Birliği (AYB) kurallarına uygun şekilde akreditasyon kaydını gösterir belge; 3. Şarkı yarışması konserlerine bilet veya biletin alınmasını gösterir belge. Söz konusu şahıslar vize almak için aşağıdaki sürelerde müracaat yapa bilirler: 1. Şarkı yarışması yönetim kurulu tarafından verilmiş resmi davet yazısı ile gelen şahıslar, bunun yanı sıra AYB kurallarına uygun şekilde akreditasyon kaydını yaptırmış katılımcılar ve temsilci heyetlerin üyeleri – 15Nisan`dan 1 Haziran`a dek; 2. AYB kurallarına uygun şekilde akreditasyon kaydını yaptırmış basın mensupları ve fanklub üyeleri, bunun yanı sıra şarkı yarışması konserlerine bilet almış şahıslar – 10 Mayıs`dan 1 Haziran`a dek.
Kanlı 20 Ocak faciasının 22. yıldönümü nedeniyle 20 Ocak saat 17-de İstanbul Uygulama Otelin (Ak Merkez AVM-nin karşısı) konferans salonunda anım töreni düzenlenecektir. Anım törenine tüm halkımız davetlidir.
 
Diğer
Hasan Sultanoğlu Zeynalov
Başkonsolos
Başkonsolos Mesajı
Özgeçmiş
 
 Copyright © 2011 - Azerbaycan Cumhuriyeti İstanbul Başkonsolosluğu Web Tasarım