ATƏT-in baş katibi: “Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər”
[ 22 İyun 2011 16:38 ] 
Bakı – APA. “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Kazanda keçiriləcək görüş problemin həllinə gətirib çıxara bilər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in baş katibi Mark Perren de Brişambo deyib.
Rusiya Federasiyasının paytaxtı Moskvada mətbuat konfransı keçirən M. P. de Brişambo Kazan görüşünün uğurla yekunlaşacağına və bölgədə sülh və sabitliyin yaranacağına ümid bəslədiklərini bildirib.
Xatırladaq ki, iyunun 24-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
|