AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Konsulluq xidmətiAzərbaycan vətəndaşları üçünPasport əməliyyatları
 
Pasport əməliyyatları
 PASPORTLARIN YENİLƏNMƏSİ  

Azərbaycan Respublikası konsulluğunun dairəsində qanuni əsaslarla daimi yaşayan və Azərbaycan Respublikasının konsulluğunda konsul uçotunda olan Azərbaycan Respublikasının vətəndaşları etibarlılıq müddəti başa çatmış və ya boş viza səhifələri qalmamış ümumvətəndaş pasportlarını Azərbaycan Respublikasının konsulluğu vasitəsi ilə dəyişdirərək yeni pasportlar ala bilərlər.

Bununla əlaqədar vətəndaşlar pasportlarının etibarlılıq müddətinin bitməsinə 3 (üç) aydan az müddət qaldığı zaman Azərbaycan Respublikasının konsulluğuna müraciət edə bilərlər.

Pasportlarının yenilənməsi üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • etibarlılıq müddəti bitmək üzrə (və ya bitmiş) olan pasport;

  • şəxsiyyət vəsiqəsi və onun surəti;

  • yaşayış icazəsini təsdiq edən sənəd və onun surəti;

  • 6 ədəd (donuq-mat, 3x4 sm ölçüdə, baş örtüksüz, açıq rəngli fonda, şəxsə xas olan xarici görkəm və əlamətlərlə) fotoşəkil;

  • sənədlərin tərtib edilərək müvafiq dövlət orqanına göndərilməsi üçün 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli. 

XARİCDƏ DOĞULMUŞ UŞAĞIN VALİDEYNİN PASPORTUNA QEYD OLUNMASI  

Konsulluq dairəsində doğulmuş uşağı ilə birlikdə ölkəyə gələ bilməsi üçün valideynin pasportuna uşağının soyadı, adı, cinsi və doğulduğu tarix yazılmalı və fotoşəkli yapışdırılaraq möhürlənməlidir. Xaricdə doğulmuş uşağın valideyninin pasportuna qeyd edilməsi üçün Azərbaycan Respublikasının konsulluğuna müraciət edilməlidir.

Azərbaycan Respublikasının konsulluğunda xaricdə doğulmuş uşağın valideyninin pasportuna qeyd edilməsi üçün aşağıdakı tələblərə uyğun qaydada sənədlər təqdim olunmalıdır:

1.  Pasporta uşağın əlavə edilməsinə dair valideynin ərizəsi;

2. Uşağın valideynlərindən birinin pasportuna əlavə edilməsinə digər valideynin etiraz etməməsinə dair razılıq ərizəsi (razılıq verən valideyn əcnəbidirsə, razılıq ərizəsi notarial qaydada təsdiq olunmalıdır);

3. Uşağın 4 ədəd (rəngli, donuq-mat, 3x4 sm ölçüdə, açıq rəngli fonda) fotoşəkli;

4. Uşağın şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnaməsinin və ya xəstəxanadan alınmış doğum haqqında arayışının (doğum haqqında arayış onu verən xəstəxananın yerləşdiyi vilayətin valiliyi tərəfindən apostil üsulunda təsdiq olunmalıdır) əsli və surəti;

5. Valideynlərin birgə nikahı haqqında şəhadətnamənin əsli və surəti;

6. Valideynlərdən biri olmadığı halda onun ölüm haqqında şəhadətnaməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarı və ya bu kimi faktı təsdiqləyici digər rəsmi sənədin əsli və surəti;

7. Pasporta uşağın qeyd edilməsi üçün 20 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli.

 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn