AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Konsulluq xidmətiAzərbaycan vətəndaşları üçünTürkiyədə nigaha daxil olmaq qaydaları
 
Türkiyədə nigaha daxil olmaq qaydaları
Türkiyə nigah qurumlarında nigaha daxil olmaq istəyən Azərbaycan vətəndaş(lar)ı üçün Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətindən subaylıq haqqında arayış alınmalıdır. Daha sonra həmin arayış və şəxsin doğum haqqında şəhadətnaməsi Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda türk dilinə tərcümə etdirilməli, həmçinin  notarial və apostil qaydasında təsdiq etdirilməlidir. Qeyd olunan şəkildə tərtib olunmuş sənədlərlə Türkiyə nigah qurumlarına müaricət edildiyi halda, nigah rəsmiləşdirilir.

Ədliyyə Nazirliyindən alınmış subaylıq haqqında arayış və doğum haqqında şəhadətnamə yuxarıda qeyd olunan şəkildə tərcümə və təsdiq edilmədiyi təqdirdə, vətəndaş həmin subaylıq haqqında arayış, doğum haqqında şəhadətnamə, pasport və 2 ədəd fotoşəkillə birlikdə zəruri rəsmiləşdirilmə üçün konsulluğa müraciət edə bilər.

 
 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn