AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Konsulluq xidmətiAzərbaycan vətəndaşları üçünRüsum dərəcələri
 
Rüsum dərəcələri

 

Dövlət rüsumu haqqında

Azərbaycan Respublikasının qanunundan çıxarış

Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xaricdəki konsulluqlarında aparılan notariat əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:  
16.6.1. Azərbaycan ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə; 50 $
16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul və­sa­itlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alın­ması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə; 25 $
16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:  
16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə; 75 $
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə; 150 $
16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə; 100 $
16.6.3.4. sair müqavilələrin təsdiqinə görə 50 $
16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətinin, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə; 20 $
16.6.5. Azərbaycan vətəndaşlarının diplomatik nümayəndəlik və konsulluqlarda saxla­nı­lan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə; 20 $
16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün); 50 $
16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):  
- xarici dillərdən; 20 $
- xarici dillərə; 40 $
16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə; 50 $
16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə; 50 $
16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə; 100 $
16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanmasına görə; 100 $
16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə; 100 $
16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə; 100 $
16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə; 100 $
16.6.15. konsul tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə; 200 $
16.6.16. malların və digər əmlakın satışına görə; 100 $
16.6.17. konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə; 20 $
16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün); 50 $
16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün); 50 $
16.6.20. icra qeydlərinin aparılmasına görə; 30 $
16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə; 100 $
16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə. 50 $

     
                          V
ƏTƏNDAŞIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ RÜSUMU  

1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə 30 $  
2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə 40 $  
3. itkin düşmüş və ya ruhi xəstəliyə tutulmuş və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə 10 $  
4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə 50 $  
5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə 40 $  
6. doğum, ölüm, nikah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə 20 $  
7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə 20 $  
 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn