AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Konsulluq xidmətiViza rəsmiləşdirilməsi
 
Viza rəsmiləşdirilməsi
 TÜRKİYƏ VƏTƏNDAŞLARINA VİZA VERİLMƏSİ QAYDALARI
Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gedə və hər gedişdə 90 gün qala bilərlər.
 
Ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşları rüsum ödəmədən Azərbaycana 30 günlük giriş vizasi ilə gedə bilərlər. Bu müraciətlərə ən geci 3 iş günü ərzində baxılır. Giriş vizası verilməsi üçün Türkiyə vətəndaşlarından aşağıdakı sənədlər tələb olunur:
- lazımi şəkildə doldurulmuş ərizə forması;
- pasportun əsli və şəxsi məlumatlar olan səhifənin surəti;
- 3x4 ölçüdə 2 ədət fotoşəkil.
 
Ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşları Azərbaycana getmək üçün Türkiyədə viza almadığı təqdirdə, Bakıda H.Əliyev Beynəlxalq Hava Limanında, Gəncə Beynəlxalq Hava Limanında, Naxçıvan Beynəlxalq Hava Limanında və Türkiyə-Azərbaycan (Dilucu-Sədərək) sərhəd məntəqəsində giriş vizası ala bilərlər. Adı çəkilən məntəqələrdən giriş vizası alınması üçün aşağıdakı sənədlər tələb olunur:
- lazımi şəkildə doldurulmuş ərizə forması;
- pasportun əsli və şəxsi məlumatlar olan səhifənin surəti;
- 3x4 ölçüdə 2 ədət fotoşəkil;
- 10 ABŞ dolları ödəniş.
 
Ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşlarına Azərbaycandan keçərək digər bir ölkəyə getdikləri zaman tranzit vizası verilir. Tranzit vizası müraciətinə ən gec üç iş günü içində baxılır. Giriş tarixindən etibarən yeddi gün müddətinə etibarlı olan tranzit vizaları, iki girişli tranzit vizası olaraq verilir.  
DİGƏR ÖLKƏ VƏTƏNDAŞLARINA VİZA VERİLMƏSİ QAYDALARI 

Əcnəbilər pasportları və beynəlxalq müqavilələrə görə viza ilə Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər. Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər pasportları və Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycandan gedə və Azərbaycana gələ bilərlər.

Əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən qalma müddəti qədər ola bilər. Vizasız Azərbaycana gələ bilən əcnəbinin Azərbaycanda qalma müddəti 90 günə qədər ola bilər. Bu müddət bitmədən əcnəbi Azərbaycan ərazisini tərk etməli və ya müvəqqəti olma müddətini uzatdırmalıdır.
Giriş vizası əcnəbilərə Azərbaycana gəlmək üçün verilir. Onun etibarlılıq müddəti tək giriş-çıxış üçün üç gündən üç aya qədər olur. Bu müddət ərzində viza istifadə olunmazsa o, etibarlılığını itirir.
Tranzit vizası digər ölkələrə gedən əcnəbilərə Azərbaycandan keçmək üçün verilir. Tranzit vizasında gedişin dayanacaqsız olması haqqında qeyd və ya möhür olmazsa, onun sahibi Azərbaycanda ən çoxu 5 gün qala bilər.
Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və tarixini göstərməklə, viza verilməsi haqqında ərizə ilə konsulluğa tələb olunan sənədləri və viza verilməsi üçün rüsumun ödənilməsi qəbzini ərizəyə əlavə etməlidirlər.
Turistlərə bir dəfəlik giriş-çıxış üçün vizalar verilir. Bu vizalarda ölkədə qalma müddəti 30 günə qədər olur. Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər. Turistlərə viza almaq üçün turizm şirkəti konsulluğun internet saytında yerləşdirilmiş ərizə formasını dolduraraq, şəxsin pasportunu surəti ilə birlikdə, fotoşəklini, rüsumun ödənilməsi qəbzini və səfərin turizm məqsədi ilə reallaşdığını təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və oteldə, kempinqdə, turist bazasında və ya digər bu kimi yerlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) surətlərini poçtla konsulluğa gönderir. Sənədlər konsulluğa gəldikdən sonra onlara baxılır və viza rəsmiləşdirilərək, pasport poçtla turizm şirkətinə göndərilir. Viza verilməzsə, pasport və sənədlər təhvil verilir.
Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə ən geci 20 iş günü ərzində, səfər təcili müalicə, yaxud Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə əlaqədardırsa, bunu təsdiq edən sənəd təqdim olunmaqla ən geci 2 iş günü ərzində baxılır. Turistlərə viza verilməsi haqqında ərizələrə ən geci 15 iş günü ərzində baxılır.
Makedoniya vətəndaşları və Türkiyədə yaşamaq icazəsi olan digər əcnəbilər viza almaq üçün konsulluğa müraciət edə bilərlər. Yaponiya vətəndaşlarına viza rüsum tələb olunmadan verilir.
Giriş vizası üçün əcnəbilərdən aşağıdakı sənədlər tələb olunur:
- lazımi şəkildə doldurulmuş ərizə forması;
- pasportun əsli və şəxsi məlumatlar olan səhifənin surəti;
- Türkiyədə yaşamaq icazəsini təsdiq edən sənədin əsli və zəruri səhifələrinin surəti;
- dəvət məktubu və yaxud mehmanxanada yer sifarişinə dair sənəd;
- 3x4 ölçüdə 2 ədət fotoşəkil;
- rüsumun ödənilməsi haqqında bank qəbzi.

 

 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn