AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Azərbaycan - Türkiyə əlaqələriİqtisadi əməkdaşlıq
 
İqtisadi əməkdaşlıq

TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA İQTİSADİ MÜNASİBƏTLƏRƏ DAİR ARAYIŞ

İnvestisiyalar 
İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Türkiyənin iş adamları və şirkətləri 2002 - 2010 illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653 mlrd. AZN  həcmində investisiya yönəltmişlər, bu da həmin dövr ərzində ölkəyə yatırılan sərmayələrin 7% təşkil etmişdir. Təkcə 2010-cü ildə Türkiyə Azərbaycana 94,8 mln. AZN (120,0 mln. $) həcmində sərmayə (neft və qeyri-neft sektorlarına) qoymuşdur ki, bu da həmin dövrdə  əsas kapitala yönəldilən ümumi xarici investisiyaların 3,9%-nı təşkil etmişdir. Bu xüsusi çəki ilə Türkiyə xarici investorlar arasında Böyük Britaniya (1247,0 mln. AZN,), ABŞ (359,38 mln. AZN), Çexiya (216,7 mln. AZN), Yaponiya (180,1 mln. AZN) və Norveçdən (111,86 mln. AZN) sonra 6-ci yeri tutmuşdur. 
 
Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə ticari əlaqələri 
Azərbaycan hazırda dünyanın 147 ölkəsi ilə ticarət əlaqələrinə malikdir və 2010-cu ildə ticarət dövriyyəsi 27,92 mlrd. $, o cümlədən idxalın həcmi 6,6 mlrd. ABŞ dolları, ixracın həcmi isə 21,32 mlrd. ABŞ dolları təşkil etmişdir. həcmində olmuşdur. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olsada, son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin göstəricilərində azalma müşaidə olunur.
 
Belə ki, 1998-ci ildə Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 355,0 mln. $ olmuş və Azərbaycanın ümumi xarici ticarətinin 21%-ni təşkil etmişdir. Bu dövrdə Azərbaycanın əsas ticarət tərəfdaşları arasında Türkiyə 1-ci yeri tutduğu halda, 2004-cü ildə 407,6 mln. $ ilə (ümumi xarici ticarətin 5,7%-i) 4-cü sıraya düşmüşdür. Sonrakı dövrdə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq 2007-ci ildə 1,7 mlrd. $ olmuşdur. Azərbaycanın Türkiyədən idxal etdiyi mal və xidmətlərin ümumi dəyəri 624,5 mln. $, bu ölkəyə ixrac həcmi isə 1,05 mlrd. $ təşkil etmişdir.  Bu, Azərbaycanın dünya ölkələri ilə xarici ticarətinin 14,3%-ni təşkil etməklə, ticarət həcminə görə Türkiyənin yenidən 1-ci sıraya qalxmasını şərtləndirmişdir. Ümumi idxalatda bu ölkənin payı 10,9%, ixracatda isə 17,4% olmuşdur.
 
2008-ci ildən etibarən iki ölkə arasındakı ticarətdə azalma müşaidə olunur: həmin dövrdə ticarət dövriyyəsi 1,43 mlrd. $ həcmində olmuş, Azərbaycanın Türkiyədən idxal etdiyi mal və xidmətlərin ümumi dəyəri 807,168 mln. $, bu ölkəyə ixracı 626,157 mln. $ olmuşdur, bu da Azərbaycanın dünya ölkələri ilə xarici ticarətinin 2,6 %-ni təşkil etməklə, ticarət həcminə görə Türkiyənin 3 sırada yer tutmasına gətirmişdir.
 
2009-cu ildə ticarət dövriyyəsi 1,014 mlrd. $ təşkil etmiş, Azərbaycanın Türkiyədən idxal etdiyi mal və xidmətlərin ümumi dəyəri 906,94 mln. $, bu ölkəyə ixracı 107,58 mln. $ olmuş, bu da Azərbaycanın dünya ölkələri ilə xarici ticarətinin 4,9 %-ni təşkil etməklə, ticarət həcminə görə Türkiyənin 6 sırada yer tutmasına gətirmişdir.
2010-cu ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə xarici ticarət dövriyyəsinin həcmi 942,08 mln. $,o cümlədən idxalın həcmi 771,19 mln. $,ixracın həcmi 170,89 mln. $ təşkil etmişdir. 
 
2010-cu ildə Türkiyə Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,37%, o cümlədən idxalda 11,69%, ixracda isə 0,8% olmuşdur.
 
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ticarət saldosu
Cədvəl və diaqram (illər üzrə mln. $)
 
 
2000
2001
2002   
2003
2004
2005
2006
2007
2008
2009
2010
İdxal
128,4
148,1
156,2
195,1
182,6
313,0
385,0
624,5
807,168
906,94
771,19
İxrac
104,9
67,4
83,4
107,0
224,9
276,0
388,1
1056,3
626,157
107,58
170,89
Saldo
-23,5
-80,7
-72,8
-88,1
-42,3
-37,0
3,1
431,8
-181,01
-799,36
-600,3
 
 
 
Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı məhsulları, elektrik cihazları, neft-kimya məhsulları, müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti materialları, təbii ipək və ipək məhsulları, tekstil və trikotaj məhsulları, müxtəlif avtomobil hissələri, məişət avadanlıqları, metallurgiya məmulatları və mebel üstünlük təşkil edir.
Azərbaycandan Türkiyəyə ixracda isəneft və neft məhsulları əsas yeri tutur. Kiçik həcmdə pambıq mahlıcı, polietilen, şəkər çuğunduru da ixrac olunur. 
 
İki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyəti 
TÜSİAB-ın məlumatına görə, 2007-ci ildə Azərbaycanda Türkiyə sərmayəli şirkətlərdə ümumilikdə 30.000 işçi çalışırdı. Türkiyə şirkətləri sənaye, istehsal, telekommunikasiya, inşaat, mətbuat, qida, tekstil, təhsil, səhiyyə, bank və sığorta, nəqliyyat, avtomobil, neft sahələrində fəaliyyət göstərirlər.
2008-ci il üzrə olan məlumata əsasən Azərbaycanda 100 faiz Türkiyə sərmayəsi ilə çalışan, müştərək müəssisə və təmsilçilik kimi fəaliyyət göstərən şirkətlərin sayı 1250 olmuşdur. Bu isə Azərbaycanda çalışan xarici şirkətlərin 28 faizi təşkil etmişdir.
 
Hazırda Türkiyədə qeydiyyatdan keçmiş azərbaycanlı iş adamlarının təsis etdiyi və ya şəriki olduğu 700-dən artıq şirkət fəaliyyət göstərir.
2010-cu ildə Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 136 şirkət qeydə alınıb. Onların 74-ü İstanbulda yaradılıb. 2010-cu ildə Azərbaycan kapitalının iştirakı ilə 6 səhmdar cəmiyyət və 130 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Azərbaycan kapitalının iştirak etdiyi şirkətlərin çoxu tikinti sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Azərbaycan investisiyaları ilə yaradılan səhmdar cəmiyyətlərdə Azərbaycan kapitalının iştirak payı kapitalın ümumi həcminin 25 faizini təşkil edir, məhdud məsuliyyətli şirkətlərdə isə iştirakın 50 faizə yaxını Azərbaycan kapitalının hesabına təmin edilib. 2010-cu ildə Türkiyədə xarici iştirakla yaradılan məhdud məsuliyyətli cəmiyyətlər arasında Azərbaycan dördüncü, səhmdar cəmiyyətlər arasında isə 14-cü yerdədir. 
 
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən azərbaycanlı iş adamları arasında əlaqələrin genişlənməsi istiqamətində müvafiq iş görülür. Belə ki,  İki ölkə arasında biznes əlaqələrin gücləndirilməsi və Türkiyədəki Azərbaycan sərmayədarlarının bir araya gətirilməsi məqsədi ilə 2009-cu ilin iyun ayında Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK), Türkiyə İş Bankının İş İnvestment A.Ş. şirkətinin təşkilatçılığı və AR İstanbuldakı Baş Konsulluğunun iştirakı ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli 30 yaxın şirkətin nümayəndələri ilə ilk görüş keçirilmişdir. Görüşdə iştirak edən Azərbaycan şirkətləri neft-kimya, nəqliyyat, turizm, inşaat, qida, ticarət sahələrində fəaliyyət göstərirlər.
 
14.05.2010-cu il tarixində Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun iştirakı ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli 40 şirkətin 55 nümayəndəsi ilə İstanbul şəhərində növbəti görüş keçirilmişdir. Neft-kimya, nəqliyyat, turizm, inşaat, qida, ticarət, elektronika sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin iştirak etdiyi görüşdə Baş Konsulluğun nümayəndəsi tərəfindən iştirakçıların sualları cavablandırılmış, onların iş fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir.
 
Neft və qaz hasilatı və nəqli sahəsində iki ölkə arasında əməkdaşlıq 
13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir. 
 
Bu kəmərin ümumi uzunluğu 1769 km (Azərbaycan hissəsi 443 km, Gürcüstan hissəsi 250 km, Türkiyə hissəsi 1076 km), diametri 1070 mm, illik keçirmə qabiliyyəti 50 mln. ton, ümumi dəyəri büdcəyə görə 2,95 mlrd. ABŞ dollarıdır. Kəmərin tikilişinə sərmayə qoyuluşunun səhmdarları BP (30,1 %) ARDNŞ (25 %), Yunokol (8,90), Statoyl (8,71 %) TPAO (6,53%), ENİ (5%), TotalFinaElf (5 %), İtoçi (3,40 %), İNPEKS (2,50 %), KonokolFillips (2,50%) və Amerada Hess (2,36%) şirkətlərindən ibarətdir.
 
1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edildi və bununla Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdır.
 
2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Kəmərin Azərbaycanla Gürcüstan ərazisindən keçən hissəsini uzunluğu 690 kilometrlik Cənubu Qafqaz Boru Kəməri (CQBK) təşkil edir, Türkiyənin BOTAŞ şirkətinin Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən hissəsi isə 280 kilometr məsafə qət edərək Ərzurumadək uzanır.
 
Şahdəniz yatağınınBakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (Azərbaycan) - 10,0%, Statoyl (Norveç) - 25,5 %, BP (Böyük Britaniya) -25,5%, TotalFinaElf (Fransa) -10,0%, LukAcip (Rusiya İtaliya)-10,0%, OLİK (İran) - 10,0%, TPAO (Türkiyə) - 9,0 % şirkətlərindən ibarətdir. 
 
2008-ci il ərzində Bakı-Tbilisi-Ceyan neft kəməri ilə 32,8 mln. ton neft ixrac edilmiş, bu da 2007-ci ilin göstəricisi ilə müqayisədə 15,3% çoxdur. Həmin dövrdə Bakı-Tbilisi-Ərzurun qaz kəməri ilə 4,7 mlrd. kub metr qaz ixrac edilmiş, bu da 2007-ci ilin göstəricisindən 15,3% çoxdur.   

Türkiyə şirkətlərinin Azərbaycanın neft və qaz sənayesində iştirakı 
Türkiyə ilə Azərbaycan bir sıra neft-qaz müqavilələrində birgə iştirak edir. Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var: Bakı-Tbilisi-Ceyhan layihəsində - 6,53 faiz; Azəri-Çıraq-Günəşli layihəsində - 6,75 faiz; Şahdəniz layihəsində - 9 faiz; Kürdaşı layihəsində - 5 faiz; Araz Alov-Şərq layihəsində - 10 faiz.  
 
Birgə müəssisələr : 
SOCAR-TURCAS Enerji MM
ARDNŞ                        51.00%
TURCAS Petrol A.Ş.   25.00%
Aksoy Holdinq A.Ş.     24.00% 
Fəaliyyət sahəsi: Neft Qaz emalı və marketinqi
Müqavilənin müddəti: qeyri müəyyən 
Azfen BM
ARDNŞ     60.00%
Tekfen       40.00%
SOCAR-ASM MMC
A.S.M. Metal Uluslararası Dış Ticarət Ltd     40.00%
ARDNŞ                                                     30.00%
"EYROS" MMC                                         30.00%
 
Azərbaycan şirkətlərinin Türkiyənin neft sənayesində iştirakı 
2008-ci ilin iyun ayının 5-də neft-kimya sahəsində Türkiyənin ən böyük şirkəti olan “Petkim”in dövlətə məxsus 51 faizlik səhm paketinin satılması üzrə investisiya müsabiqəsində ARDNŞ-nin Türkiyədə təsis etdiyi “SOCAR&Turcas” birgə müəssisəsi və Səudiyyə Ərəbistanını təmsil edən “İnjas” şirkətindən ibarət “SOCAR&Turcas/Injas” alyansı 2 miyard 40 mln. dollarlıq təkliflə qalib qəlmişdir.2010-cu ildə “Petkim”in ümumi istehsal, gəlir, mənfəət və ixracat üzrə rekord göstəricilərə nail olmuş və 2011-ci ildə şirkətin inkişafı üçün 130 mln. dollarlıq sərmayə qoyuluşu nəzərdə tutulur.
 
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin ediləcəkdir.
 
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaqdır.
 
Xəttin uzunluğu Gürcüstan ərazisində - 75,9 km, Türkiyə ərazisində - 28,9 km təşkil edir. Layihənin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyə Respublikalarının maliyyə vəsaitləri hesabına həyata keçirilir.
 
2007-ci ilin noyabr ayının 21-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin təməlqoyma mərasimi keçirilmişdir.
 
24 iyul 2008-ci il tarixində Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti $ullah Gül və Gürcüstan Prezidenti Mixeil Saakaşvili, habelə Avropa İttifaqından, Amerika Birləşmiş Ştatlarından və digər ölkələrdən qonaqlar iştirak etmişlər.
 
Hazırda layihə üzrə tikinti işləri Türkiyə və Gürcüstan ərazisində uğurla davam etdirilir və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının 2012-cu ildə istismara verilməsi planlaşdırılır. 
 
Azərbaycan və Türkiyə arasında iqtisadi sahə üzrə müqavilə-hüquq bazası 
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 140-dan çox saziş, müqavilə, birgə bəyannamə və protokollar imzalanmış, onların arasında iqtisadi sahədə imzalanmış müxtəlif sənədlərin siyahısına aşağıdakılar da daxildir:
-         Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq haqqında Saziş;
-         İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş;
-         Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş;
-         Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Saziş;
-         Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında kənd təsərrüfatı sahəsində elmi, texniki və iqtisadi əməkdaşlıq haqqında Protokol;
-         Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş;
-         Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında dəniz gəmiçiliyi haqqında Saziş;
-         Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hava daşımaları haqqında Sazişə;
-         Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş.
  
[1] http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=101&Itemid=85

[2] http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=255&Itemid=91

[3] http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=806&Itemid=91 

[4] Mənbə: İİN, DSK

[5] http://www.azerbaycanli.org/az/page434.html 

[6] Mənbə: ATİB

 

 

 


 
 
 
 

 

 
Elanlar
Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar 31.12.2013 – 06.01.2014 tarixləri qeyri-iş günləri elan olduğu üçün Baş Konsulluqda vətəndaşların qəbulu həyata keçirilməyəcəkdir.
Milli Liderimiz Haydar Aliyevin vefatının 10.yıldönümü nedeniyle 12 Aralık 2013 saat 11:00 Sarıyer Haydar Aliyev Parkında anma töreni düzenlenecektir Adres: Haydar Aliyev Parkı, Sarıyer, 34457 Kireçburnu, İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn