AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

AzərbaycanÜmumi məlumat
 
Ümumi məlumat
Dövlət bayrağı
Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
 
Dövlət gerbi
Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqlan yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
 
Dövlət himni
Musiqisi: Üzeyir Hacıbəyov; Sözləri: Əhməd Cavad
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
 
Dövlət quruluşu və idarəetməsi
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlətin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilmişdir. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi, icra hakimiyyətini icra orqanları, məhkəmə hakimiyyətini məhkəmə orqanları həyata keçirirlər. Dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.
 
Dövlət başçısı
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə həmin institutu bitirdikdən sonra beynəlxalq münasibətlər və tarix elmləri üzrə elmlər namizədi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir. 1991-1994-cü illərdə Moskva və İstanbul şəhərlərində özəl biznes sahəsində çalışmışdır. 1994-cü ilin may ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 1-ci müavini təyin olunmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. 1997-ci ildən etibarən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cü ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmiş, 2004-cü ilin aprelində isə AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü və 2008-ci illərdə keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı, iki nəvəsi var.
 
Ümumi məlumat                                
Yerləşdiyi yer: Azərbaycan Respublikası Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir.
Dövlətin rəsmi adı: Azərbaycan Respublikası
Paytaxtı: Bakı şəhəri
Dövlət dili: Azərbaycan dili
Din: Din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Pul vahidi: Manat.
Əhalisi: 9 250 000 nəfər (2012-ci il).
 
Rəsmi bayramlar
1 Yanvar - Yeni il, 8 Mart - Qadınlar günü, 19-24 Mart - Novruz bayramı, 9 May - Faşizm üzərində qələbə, 28 May - Respublika günü, 15 İyun - Milli qurtuluş günü, 26 İyun - Silahlı qüvvələr günü, 18 Oktyabr - Müstəqillik günü, 9 Noyabr - Dövlət bayrağı günü, 12 Noyabr - Konstitusiya günü, 17 Noyabr - Milli dirçəliş günü, 31 Dekabr - Ümumdünya azərbaycanlılarının həmrəylik günü, Qurban və Ramazan bayramları.
Xatirə günləri
20 yanvar - Şəhidlərin Xatirə günü, 26 fevral - Xocalı Soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı
 
Ərazi
Ərazisi: 86,600 km2
Quru sərhədlərinin uzunluğu: 2,646 km
Həmsərhəd dövlətlərlə olan quru sərhədlərinin uzunluğu: Ermənistanla - 1007 km, Gürcüstanla - 480 km, İranla - 756 km, Rusiya ilə - 390 km, Türkiyə ilə - 13 km.
İnzibati bölgü
Respublikanın tərkibinə 1 muxtar respublika, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.
Muxtar respublika - Naxçıvan Muxtar Respublikası
Əsas şəhərlər - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şirvan, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Yevlax
Rayonlar - Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Babək, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Culfa, Daşkəsən, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Göy-göl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Sədərək, Siyəzən, Şabran, Şahbuz, Şamaxı, Şəki, Şəmkir, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab
 
Elanlar
Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar 31.12.2013 – 06.01.2014 tarixləri qeyri-iş günləri elan olduğu üçün Baş Konsulluqda vətəndaşların qəbulu həyata keçirilməyəcəkdir.
Milli Liderimiz Haydar Aliyevin vefatının 10.yıldönümü nedeniyle 12 Aralık 2013 saat 11:00 Sarıyer Haydar Aliyev Parkında anma töreni düzenlenecektir Adres: Haydar Aliyev Parkı, Sarıyer, 34457 Kireçburnu, İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn