Ana Sayfa Konsolosluk Press-relizler Azerbaycan Basın İrtibat
Haber Arşivi
 

[31.07.2008] AZƏRBAYCANDA TEZLİKLƏ DÖVLƏT DƏMİR YOLLARININ YENİDƏN QURULMASINA BAŞLANACAQDIR

[29.07.2008] AZƏRBAYCANDA KEÇIRILƏCƏK PREZIDENT SEÇKILƏRI ILƏ BAĞLI MƏRKƏZI SEÇKI KOMISSIYASININ TƏQVIM PLANI AÇIQLANIB

[23.07.2008] KOREYA HÖKUMƏTİ AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ ÜÇÜN İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ YENİ TƏHSİL PROQRAMI TƏŞKİL EDİR

[21.07.2008] AZƏRBAYCANDA FRANSANIN ALI MƏKTƏBLƏRINƏ QƏBULLA BAĞLI MÜSABIQƏ ELAN EDILIB

 
 
Son Haber
 

AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSININ HƏLLINDƏ FRANSANIN SƏYLƏRINI ARTIRACAĞINA ÜMID EDIR
[14.07.2008 15:05]

Azərbaycan ümid edir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həllində səylərini artıracaq. “Biz ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın öz fəallığını və əzmkarlığını daha da artıracağına böyük ümidlər bəsləyirik”, - Azərbaycan prezidenti İlham Əliyev Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə fransalı həmkarı Nikola Sarkoziyə ünvanladığı təbrik məktubunda bildirib. Təbrik məktubunda qeyd edilib ki, bu gün Azərbaycan-Fransa münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında daim genişlənən dostluq əlaqələri, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamikasının və məzmununun bariz göstəricilərindəndir. “Biz Fransanın Azərbaycana maraq və diqqətindən, ölkəmizin qarşısında duran məsələlərin həllinə öz töhfəsini vermək istəyindən məmnunluq duyuruq. Bu qəbildən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi prosesinə Fransanın İttifaqa sədrliyi dövründə xüsusi dəstək vermək niyyətində olması bizim üçün çox əhəmiyyətlidir”, - təbrik məktubunda bildirilib. Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.