Ana Sayfa Konsolosluk Press-relizler Azerbaycan Basın İrtibat
Haber Arşivi
 

[17.09.2008] AZƏRBAYCAN QADINLARININ III QURULTAYINDA 2000-Ə YAXIN NÜMAYƏNDƏ IŞTIRAK EDƏCƏK

[16.09.2008] REGIONDA SƏYLƏRIN BIRLƏŞDIRILMƏSI LAZIMDIR – AZƏRBAYCAN PREZIDENTI

[16.09.2008] AZƏRBAYCAN PREZIDENTI İLHAM ƏLIYEV MOSKVADADIR

[16.09.2008] HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ AZƏRBAYCANDA 237 MƏKTƏB İSTİFADƏYƏ VERİLİB

 
 
Son Haber
 

ABŞ VİTSE-PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ ƏMƏKDAŞLIĞIN MÖHKƏMLƏNMƏSİNƏ KÖMƏK EDƏCƏK
[27.08.2008 12:40]

ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana qarşıdakı səfəri Birləşmiş Ştatların Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək əzmini daha da möhkəmləndirəcəkdir. AzərTAc xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders jurnalistlərlə söhbətində bildirmişdir.
Səfir demişdir: “Dik Çeyninin səfəri Azərbaycan ilə ikitərəfli münasibətlərin bütün əsas sahələrində strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan məntiqi addımdır”.
Diplomat vurğulamışdır ki, hər iki ölkə qlobal və regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında tərəfdaşdır. ABŞ vitse-prezidentinin səfəri zamanı enerji layihələri də diqqət mərkəzində olacaqdır. ABŞ hökuməti Azərbaycan xalqının və dünya istehlakçılarının mənafeyinə uyğun olaraq, enerji ehtiyatlarının dünya bazarlarına nəqlini təmin etmək üçün Azərbaycan ilə sıx əməkdaşlıq etmək niyyətindədir.