Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.08.2005] RAUF VƏ SƏRDAR DENKTAŞLARIN RƏHBƏRLİK ETDİYİ ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİ NÜMAYƏNDƏ HEYƏTİNİN ÖLKƏMİZƏ SƏFƏRİ BAŞLAYIB

[29.08.2005] YUNESKO-nun BAŞ DİREKTORU BAKIYA SƏFƏRİNİ BAŞA VURDU

[27.08.2005] RAUF DENKTAŞ VƏ SƏRDAR DENKTAŞ AVQUSTUN 29-da AZƏRBAYCANA GƏLƏCƏKLƏR

[26.08.2005] “ERMƏNİ TƏCAVÜZKARLARI VƏ HAVADARLARI” KİTABI ÇAP OLUNMUŞDUR

 
 
Son Xəbər
 

MAYDA HAVA ŞƏRAİTİ QEYRİ-SABİT OLACAQ
[29.04.2005 10:30]

May ayında respublikada hava şəraiti qeyri-sabit keçəcək, orta aylıq temperatur iqlim normasından 1 dərəcə aşağı, ayrı-ayrı yerlərdə normaya yaxın olacaqdır. Dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağışlar yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntının səviyyəsi normaya yaxın, bəzi yerlərdə normadan artıq olacaq. Ayın ikinci yarısında temperatur kəskin surətdə qalxacaq. Ayrı-ayrı günlərdə qərb rayonlarında dolu yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur +16-17 dərəcə olacaqdır, bu isə iqlim normasından 1 dərəcə aşağıdır. Ayın ikinci yarısında temperatur 25-27 dərəcəyə çatacaq, yağıntının səviyyəsi normadan artıq (18-21 mm)olacaqdır.
Mayın ilk beş günü qısamüddətli yağış yağacağı, yağıntının intensiv olacağı, şimşək çaxacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur +16-18 dərəcə təşkil edəcəkdir ki, bu da normadan 1 dərəcə aşağıdır. Ayın ikinci yarısında temperatur +27-30 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (33-62 mm) olacaqdır.
Ayrı-ayrı günlərdə şərq və qərb küləyinin güclənəcəyi gözlənilir.
Yuxarı Qarabağda, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur +9-11 dərəcə və ya normadan 1 dərəcə aşağı, ayın ikinci yarısında +16-20 dərəcə, yağıntının səviyyəsi normadan artıq (101-122 mm) olacaqdır.
Tez-tez yağış yağacağı, bəzi günlərdə şimşək çaxacağı, dolu düşəcəyi, ayrı-ayrı rayonlarda leysan yağışları yağacağı ehtimal edilir.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +16-17 dərəcəyə çatacaqdır ki, bu da iqlim normasından 1 dərəcə aşağıdır. Ayın ikinci yarısında temperatur 25-30 dərəcəyə qalxacaq, yağıntının səviyyəsi normadan artıq (43-53 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz bölgələrində orta aylıq temperaturun +14-16 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1 dərəcə aşağıdır. Ayın ikinci yarısında temperatur +22-27 dərəcə, yağıntının səviyyəsi normadan artıq olacaqdır (55-85 mm, qərb rayonlarında 104-167 mm).
Şimşək çaxacağı, tez-tez yağış yağacağı, bəzi günlərdə leysan yağışı yağacağı ehtimal edilir.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur normaya yaxın +19-20 dərəcə, ayın ikinci yarısında +27-32 dərəcəyə, yağıntının səviyyəsi normadan artıq (27-62 mm) olacaqdır.
Ayrı-ayrı günlərdə leysan yağışları yağacağı, şimşək çaxacağı gözlənilir.
Masallı-Lənkəran-Astara bölgəsində orta aylıq temperatur +17-18 dərəcə olacaqdır ki, bu da normaya yaxındır. Ayın ikinci yarısında temperatur +25-28 dərəcəyə yüksələcək, yağıntının səviyyəsi normadan artıq (41-72 mm) olacaqdır.