İstanbulda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
İstanbulun Sariyer rayonunda yerləşən Ümummilli Lider Heydər Əliyevin
adını daşıyan parkda keçirilən tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov Ümummili Lider Heydər Əliyevin həyat yolundan və zəngin siyasi irsindən danışdı. Ölkəmizin müstəqilliyinin güclənməsində və dövlətçiliyin qorunub-saxlanmasında, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırdı.
Heydər Əliyev fondunun Türkiyə Təmsilçisi Dr.Samir Cəfərovda Ümummilli lider Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışaraq bildirdi ki, ümummilli lider
Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bu gün ölkəmizin bütün
sahələrində Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla
reallaşmaqdadır.
İstanbulun Sariyer rayonunun Bələdiyə başkanı Şükrü Gənç
Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulayaraq Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın rəhbərlik etdiyi bələdiyyənin ərazisində olmasından qürur hissi keçirdiyini dedi.
Turcaz Petrol Yönətim kurulu başkanı Erdal Aksoy Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərindən danışdı.
Daha sonra tədbir Türkiyənin Baxçaşəhər Unversitetində davam etdirildi.
Unversitetin rektoru Professor Yılmaz Esmer müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən söz açdı.Ümummilli Liderimizin dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi olduğunu qeyd etdi.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov Ümummilli Lider tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Digər çıxış edən millət vəkilərimiz Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev Ümimmilli liderin Azərbaycanda dövlət quruculuğu prosesində rolundan və xalqımızın qarşısında misilsiz xidmətlərindən bəhs etdilər.
Marmara Qrupu Strateji və sosyal araşdırmalar başqanı Akkan Süver bir zamanlar xəyal kimi görünən Bakı – Tiflis – Ceyhan neft kəmərinin tikintisi yalnız Heydər Əliyein siyasi iradəsiylə gerçəkləşdiyini qeyd edərək bölgədə enerji təhlükəsizliyinin əsasının qoyulduğunu vurğuladı. Tədbir pianoçu İslam Manafov və xalq artisti Briliyant Dadaşovanın ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə sona çatdl.
|