Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Konsulluq Haqqında
 

Baş Konsulluğun Mesajı

Konsulluq Əməkdaşları

Konsulluq Əməliyyatları

 
 
Baş Konsulluğun Mesajı !
 

Salahlı Səyyad Adil oğlu

TƏRCÜMEYİ – HAL


15 YANVAR 1952 – Azərbaycan Respublikası İmişli rayonu Qaradonlu kəndində doğulmuşdur.
1958-68 – İmişli şəhəri 1 saylı ortam məktəbdə oxumuşdur.
1968 – N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.
1972 – həmin fakültəni bitirmişdir.
1972-1973 İmişli rayonu Qaralar (Əzizbəyov) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1973-1974 № saylı hərbi hissədə hərbi qulluqda olmuşdur.
1974-1989 İmişli şəhəri 1 saylı orta məktəbində ibtidai hissə üzrə müavin, məktəbdənkənar və sinifdən xaric tərbiyə işləri üzrə direktor müavini, ilk partiya təşkilatının katibi.
1990 – İmişli rayon Xalq Təhsil şöbəsinin müdiri.
1991-1992 Azərbaycan Elmlər Akademiyasının “Elm” qəzetinin şöbə müdiri
21 noyabr 1992 – YAP-ın yaradıcılarından və təsis konfransının təşkilatçılarından biri, həmin gündən YAP Siyasi Şurasının üzvü.
1992-1995 – “SƏS” qəzeti baş redaktorunun 1-ci müavini.
1995 – Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1995-2000 - Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı.
1998 – Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
2000-2005 - Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı.
2001 – Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (ikinci ali təhsil).
2001 – ABŞ Texas ştatının fəxri vətəndaşı.
2001 – ci ildən Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinin dekanı işləmiş.
2002 – Zaqafqaziya müsəlmanları idarəsi “Fizuli ” irfan məclisinin üzvü.
2003 – Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının üzvü.
2004 – Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü.
2006-cı il 9 oktyabr tarixindən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulu təyin edilmişdir.
2005-ci ildə filologiya elmləri namizədi olmuşdur.
YAP-ın I, II, III qurultaylarının nümayəndəsi olmuşdur.

BƏDİİ – ƏDƏBİ – PUBLİSİSTİK YARADICILIĞI

1996 – “Soyuq günəş” adlı povestlər və hekayələr kitabı çapdan çıxmışdır.
1997 – “Xaosdan sabitliyə” – 1992-1997-ci illərdə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə baş verən hadisələri, ictimai-siyasi prosesləri əks etdirən kitabı çap etdirmişdir.
1998 – Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Xeyriyyə qənşər bulaqlar” kitabça albomun təşəbbüskarı, məsləhətçisi və ön sözün müəllifi.
2003 – “Üfüqdə Nobel sülh mükafatı görünür”. Ümummilli Lider Heydər Əliyevin 80 illiyi ilə əlaqədar çap edilmiş bu kitabda müəllifin dahi rəhbər və böyük müəllim haqqında 1992-ci ildən bəri yazdığı publisistik, analitik-təhlil məqalələri toplanmışdır.

BEYNƏLXALQ QURUMLARDA FƏALİYYƏTİ

1995-2005 – Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun üzvü.
2000-2005 – ATƏT-də Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin üzvü

2001-ci ildən Azərbaycan Çin dostluq cəmiyyətinin üzvü
2003-2005 – Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu – LİNKS-in rəyasət heyətinin üzvü.

TƏLTİFLƏRİ

1987 – ÜİLKGİ – nin “Ən yaxşı komsomolçu-müəllim” dostu nişanı.
2001 – “Qızıl qələm” mükafatı laureatı.
2005 – Azərbaycan Respublikasının “Tərəqqi” medalı.
2005 – Azərbaycan KİV-nin “İnam” şərəfi diplomu.

AİLƏ VƏZİYYƏTİ

Ailəlidir, üç oğlu, dörd nəvəsi var.

Əziz dostlar,
28 may 1918-ci ildə Qafqaz Seyminə daxil olan Azərbaycan Milli Şurası Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması haqqında İstiqilaliyyət bəyannaməsini elan etdi. Şərqdə ilk Demokratik Respublikanın yaradılmasından dərhal sonra Azərbaycan Milli Şurası dünya ölkələrinə müstəqilliyin elanı haqda teleqramalar göndərdilər. İlk olaraq Türkiyə cumhuriyətinin sələfi Osmanlı dövləti dövlətlərarası diplomatik münasibətlərin qurulmasında maraqlı olduqlarını və daima ADR-in yanında olacaqlarini bildirdilər. Bakının işğalçılardan azad olunmasında, ADR-in hərbi və iqtisadi baximdan inkişafında Osmanlı dövlətinin xidmətləri böyük olmuşdur. Buna bariz misal kimi 1919-cu ilin iyunun 4-də hər iki dövlət arasında imzalanmış “Qarşılıqlı hərbi yardım haqqında” müqaviləni göstərmək olar. Lakin 1-ci Dünya müharibəsində Osmanlı dövlətinin daxil olduğu dördlər ittifaqının məğlub olması ADR-in mövcudluğunu təhlükə altında qoydu. Buna baxmayaraq gənc azərbaycan diplomatiyasının çevikliyi sayəsinda ADR 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransı tərəfindən de-fakto tanındı. Təəssüflər olsun ki, o dövrdə dünyada cərəyan edən siyasi proseslər ADR-in cəmi 23 ay yaşamasına imkan verdi. 28 aprel 1920-ci il ADR-in müqəddaratına Rusuiyanın XI Qızıl Ordusu son qoydu və həmin gündən etibarən Azərbaycan 70 il Sovetlər İttifaqının tərkibində qaldı.

70 il sonra - 18 oktyabr1991-ci ildə Azərbaycan Dövlət Müstəqilliyini elan etdi. 1995-ci il 12 noyabrda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyaya görə rəsmi dövlət dili Azərbaycan dili, dövlət quruluşu Demokratik və Unitar Respublika oldu.

Azərbaycan Dövlət Müstəqilliyini ilk tanıyan qardaş Türkiyə Respublikası oldu və 1992-ci ildə Azərbaycanda Səfirliyini açdı. Eyni il Azərbaycanın Ankarada Səfirliyi, İstanbulda isə Baş Konsulluğu fəaliyyətə başladı. 2004-cü ildə isə ölkəmizin Qarsda Baş Konnsulluğu açıldı. Hal-hazırda Türkiyə yeganə dövlətdir ki, Azərbaycan Respublikasının üç Diplomatik missiyası var.

Azərbaycanın geopolitik baxımdan strateji nöqtədə yerləşməsi daima həm qonşu ölkələrin, həm də dünyanın böyük dövlətlərinin diqqət mərkəzində olub. Məhz bunun üçün xalqımızın tarixən başı bəlalı olub və torpaqlarımız yadelli işğalçılar tərəfindən işğal olunub. Yaxın keçmişimizdə erməni daşnakları tərəfindən torpaqlarımızın 20 %-nin işqal edilməsi, bir milyondan artıq xalqımızın qaçqın və köçkün düşməsi son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin məntiqi davamıdır. Lakin tarixən torpaqlarımıza olan basqılara baxmayaraq xalqımız öz dinini, dilini, mədəniyyətini, soy kökünü və adət-ənənəlrini qoruyub saxlamışdır.

Hal-hazırda təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Heydər Əliyev siyasətinin ən layiqli davamçısı prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan dünyaya inteqrasiya olmağa davam edir, dünya siyasətində öz sözünü deyən dövlətlərdən birinə çevrilir. Ölkəmiz iqtisadi baxımdan surətlə inkişaf edir. Müstəqillik əldə etdikdən sonra neft ölkəsi olaraq Ümummilli Liderimiz Heydər Əliyev rəhbərliyi ilə Əsrin Neft Kontraktı imzalanmış, Bakı-Tbilis-Ceyhan, Bakı-Supsa kimi böyük neft layihələri həyata keçirilmişdir.

Və nəhayət onu da qeyd etmək istəyirəm ki, Ümummilli Liderimiz Heydər Əliyev “Bir millət iki dövlət” deyərək qardaş Türkiyə Cumhuriyyəti ilə hərtərəfli münasibətlərə önəm vermiş və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsi için böyük əmək sərf etmişdir.

Əziz dostlar, Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun websaytını da iki qardaş ölke arasındakı informasiya mübadilesini artırmaq, bununla ölkemiz haqqındakı heqiqetleri obyektiv şekilde yaymaq, Sizleri ölkemizde baş veren siyasi, iqtisadi ve medeni hadiselerle daha yaxından tanış etmek meqsedile açırıq.

Web saytımıza xoş geldiniz.