Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Azərbaycan
 

Ümumi Məlumat

Azərbaycan Tarixi

Qarabağ Münaqişəsi

Azərbaycanda Turizm

Azərbaycan Musiqisi

Azərbaycan Mediası

Əlaqəli Linklər

 
 
Azərbaycan Tarixi
 

Azərbaycan dünyanın ən qədim mədəniyyətlardən biri olub, zəngin və qədim tarixə sahibdir. İlk insanların yaşadıqları Azıx mağarasının Azərbaycan ərazisində olması, Azərbaycanin antropoidlərin yaşadığı ərazinin əhatə etdiyinin isbatıdır. Müxtəlif tayfaların eramızdan əvvəl III-cü minillikdən I-ci əsrə qədər davam etmişdi. Azərbaycan ərazisinda ilk siyasi formasiyaların təşkil olunması eramızdan əvvəl IX əsrdə müşahidə olunur. Bu, yüksək iqtisadi və mədəni saviyyəsi olan Manna dövlətiydi ki, onun əhalisi təbii güclərə, Günəş və Aya sitaiş edirdilər.

Eramızdan əvvəl VI əsrin əvvəllərində Manna dövlətini Midiya tərəfindən fəth olunmuşdu, və rəsmi din olaraq Zərdüştilik sayılmağa başlamışdı. Zərdüştiliyin yayılması odun təbii mənbəyi olan neft və qaz sərvətlərinin bolluğuna bağlı idi. Azərbaycanın qədim tarixində böyük rolu Atropatena və Qafqaz Albaniyası dövlətləri də oynamışdı. Atropatena dövlətinin adı onun kralı Atropat-dan alıb və daha sonra Azərbaycan sözünə çevrilmişdir. Azərbacan millətinin əmələ gəlməsi məhz Atropatena dövlətindən başlamışdır. III-V əsrlərdə Azərbaycan ərazisində xristiyanlıq yayılmağa başlamışdır. Zaqafqaziyada xristiyan məbədlərinin yaranmasıyla mənəvi həyatın inkişafı üçün yeni impuls rolunu oynamışdır. V əsrin başında ilk alban əlifbası yaradılmış və təhsilin inkişafının başlanqıcı olmuşdur. O dövrün bir çox unikal mədəniyyət, ədəbiyyat və memarlıq əsərləri günümüzə qədər qorunmuşdur.

VIII əsrin başlanqıcında Azərbaycan ərəblər tərəfindən zəbt edilib Ərəb xəlifəliyinin Arran vilayyəti statusunu almışdır. Bu dövrdə Azərbaycanda aparıcı din olaraq islam yayılmış və yeni mədəniyyət və ənənələrin əməə gəlməsində önəmli rol oynamışdır. İslam dinini qəbul edən digər ölkələr kimi Azərbaycan da müsəlman adlandırılıb və müsəlman mədəniyyətinin inkişafında özünəməxsus yer qazanmışdır. Bu dövrdə Azərbaycan öz alim, şair və memarları ilə dünya mədəniyyətinin zənginləşdirilməsinda əhəmiyyətli rol oynamışdır. Orta əsrlərdə müxtəlif dövrlərdə Azərbaycan ərazisində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri qurulmuşdur. Azərbacyanın Avropa və Asiya arasında ticarət yollarında olması, bir çox dövlətin maraqlarını üzərina toplamışdı. Buna baxmayaraq, XVIII əsrdən Azərbaycan ərazisində yeni müstəqil dövlətlar – xanlıqıar əmələ gəlməyə başlamışıdr. Ancaq XVIII-XIX əsrlərdə daha da şiddıtlənən Rusya, Türkiyə və İran arasındakı münaqişələr Azərbaycanı muharibə arenasına çevirmişdi. Türkmənçay müqaviləsinə görə 1828-cı ildə Rusya və İran öz aralarında Azərbaycanı bşlüşdürüb: şımal Azərbaycan Rusyaya, cənub hissəsi isə İranın tərkibinə keşmişdir.

ХХ əsr Azərbaycan tarixinə siyasi, iqtisadi və mədəni həyatının radikal dəyişmələri dövrü olmuşdur. Azərbacyanda sürətlə bir şox iqtisadi sahələr inkişaf etməyə başlamışdır. Bakı neft quyuları sayəsində dünyanın əhəmiyyətli şəhəri olmağa başlamışdır. Bu dövrdə mədəni-mənəvi həyat dəyişməyə başlamışdır – müxtəlif elm sahələrinin inkişafı başlamış, böyük tirajlı qəzet və jurnallar nəşr olunmağa başlamış, siyasi partiyalar və ictimayi təşkilatlar yaranmağa başlamış, cəmiyyətdə demokratik ideyalar yaranmağa başlamışdər. Bütün bunlar 1917 ilin fevral ayında çar Rusyanın dağılmasından sonra milli dəyişikliklərin yaranmasına imkan yaranmışdır. 1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikası yaranmış. 23 aylıq müstəqillikdən sonra 1920 ilin aprel ayında Bakıya Sovyet Rusyasının XI-ci Qızıl ordunun girməsilə həyatına son verilmişdir. Azərbaycan SSSR-in bir hissəsi olmağa başlayır.

1991-ci ildə SSSR-in dağılmasından sonra Azərbaycan təkrar müstəqilliyini qazanır. Müstəqil Azərbaycan Respublikasının yenı Konstitusiyası 1995-ci ilin noyabr ayın 12-də qəbul edilmişdir. Bu tarixdən etibarən Azərbaycan xalqı və dövlətşiliyi üçün yeni, demokratiya və tərəqqi dövrü başlamışdır.