Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[26.12.2007] XARİCİ İŞ ADAMLARININ AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYA QOYMAĞA CƏLB OLUNMASINDA SOYDAŞLARIMIZ FƏAL ROL OYNAYA BİLƏRLƏR

[26.12.2007] AZƏRBAYCAN TƏHLÜKƏSIZLIK ŞURASININ ICLASI KEÇIRILIB

[06.12.2007] DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏK

[23.11.2007] AZƏRBAYCAN MILLI KULINARIYA MƏRKƏZI ÖLKƏ PREZIDENTINƏ MÜRACIƏT EDIB

 
 
Son Xəbər
 

DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏK
[06.12.2007 14:20]

Dünya Azərbaycanlıları Konqresi (DAK) XX əsrin ən böyük faciələrindən sayılan Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcək. AzərTAc xəbər verir ki, bu barədə dekabrın 5-də DAK-ın Azərbaycan nümayəndəliyinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verilmişdir. Nümayəndəliyin rəhbəri İsmayıl Ağayev bildirmişdir ki, DAK 2007-ci ili “Xocalı ili” elan etdikdən sonra Bakıda, eləcə də xarici ölkələrdə bir sıra önəmli tədbirlər həyata keçirilmişdir. Faciənin 16-cı ildönümü ilə əlaqədar daha bir neçə mərasimin keçirilməsi nəzərdə tutulmuşdur. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, professor Vaqif Arzumanlı, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli və başqaları ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı törətdikləri terror aksiyaları, soyqırımları barədə ətraflı məlumat vermiş, Xocalı faciəsinin bu çirkin siyasətin davamı olduğunu diqqətə çatdırmışlar. Xatırladaq ki, faciənin ildönümü ərəfəsində beynəlxalq təşkilatların nümayəndəlikləri, xarici ölkələrin parlamentləri qarşısında dinc aksiyalar keçiriləcək, fotostendlər təşkil olunacaq, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı broşür və açıqcalar paylanacaq.