Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[17.03.2009] BAKIDA DÜNYA İQTİSADİ BÖHRANININ QLOBAL ENERJİ SİSTEMİNƏ TƏSİRİ MÜZAKİRƏ EDİLIB

[17.03.2009] REFERENDUMLA BAĞLI TƏŞVIQAT KAMPANIYASI BAŞA ÇATIB

[17.03.2009] GƏNCƏDƏ HAZIRLANAN 3 TONLUQ PAXLAVANIN GİNNESSİN REKORDLAR KİTABINA DÜŞMƏSİ ÜÇÜN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

[05.03.2009] İYULUN 1-DƏN AZƏRBAYCANDA MIQRASIYA PROSESLƏRININ IDARƏ OLUNMASINDA “BIR PƏNCƏRƏ” SISTEMI TƏTBIQ OLUNACAQ

 
 
Son Xəbər
 

GƏNCƏDƏ HAZIRLANAN 3 TONLUQ PAXLAVANIN GİNNESSİN REKORDLAR KİTABINA DÜŞMƏSİ ÜÇÜN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
[17.03.2009 13:44]

Builki Novruz bayramı daha bir əlamətdar hadisə ilə gəncəlilərin yaddaşında qalacaqdır. Martın 16-da Ginnessin rekordlar kitabına düşməsi üçün uzunluğu 12 metr, eni 4 metr, çəkisi isə 3 ton olan bayram paxlavasının təqdimat mərasimi keçirilmişdir. Şəhər icra hakimiyyətinin sifarişi ilə 7 nəfər şirniyyat ustasının hazırladığı paxlavaya baxmaq üçün minlərlə sakin mərkəzi meydana toplaşmışdır. Gəncəyə dəvət olunmuş qonaqlar - Ginnessin rekordlar kitabının Müstəqil Dövlətlər Birliyi üzrə nümayəndələri Aleksey Svistinov və İqor Ximtsov şən musiqi sədaları altında nəhəng paxlavaya baxış keçirərək onun şəkillərini çəkmişlər. Sonra paxlava kəsilərək meydana toplaşanlara paylanmışdır.
Mərasim şəhərin mərkəzi meydanında təşkil olunmuş bayram konserti ilə davam etdirilmişdir.
Həmin gün müxtəlif ərzaq məhsullarından ibarət satış-sərginin də açılışı olmuşdur. Burada təşkil olunmuş yarmarka-şouda iştirakçılara əyləncəli oyunlar və müxtəlif musiqi nömrələri təqdim edilmişdir.