Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[10.07.2009] AZƏRBAYCANIN DİPLOMATİK XİDMƏTİNİN 90 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLİB

[03.07.2009] ABŞ KONQRESİ NÜMAYƏNDƏLƏR PALATASININ TƏXSİSATLAR KOMİTƏSİNİN DÖVLƏT ƏMƏLİYYATLARI, XARİCİ ƏMƏLİYYATLAR VƏ ƏLAQƏDAR PROQRAMLAR ALT KOMİTƏSİNƏ

[02.07.2009] “AZƏRBAYCAN İNTERNƏŞNL” JURNALININ TƏSİSÇİSİNƏ HAFİZ PAŞAYEV ADINA MÜKAFAT TƏQDİM OLUNUB

[30.06.2009] ŞİMON PERES BAKIDA YƏHUDİ İCMALARININ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

 
 
Son Xəbər
 

AZƏRBAYCANIN DİPLOMATİK XİDMƏTİNİN 90 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLİB
[10.07.2009 15:22]

İyulun 9-da “Buta” sarayında Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə mərasim keçirilmişdir. Dövlət və hökumət rəsmilərinin, nazirlərin, deputatların, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin, Bakıdakı diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri tərbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov diqqətə çatdırmışdır ki, artıq 4 gündür Azərbaycan diplomatik xidmətinin 90 illiyi ilə bağlı Gəncədə, Naxçıvanda və Bakıda müxtəlif tədbirlər keçirilir.
Nazir qeyd etmişdir ki, Azərbaycan diplomatiyasının 90-cı ildönümü deyəndə biz dövlətimizin peşəkar diplomatik xidmətinin məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsindən ötən müddəti nəzərdə tuturuq. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verdiyini diqqətə çatdıran E.Məmmədyarov demişdir ki, ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilmişdir. Bu, Prezidentin Azərbaycan diplomatiyasına və diplomatlarına diqqət və qayğısının bariz nümunəsidir. Nazir bildirmişdir ki, ulu önədrin müəyyən etdiyi xarici siyasət kursu nəticəsində Azərbaycanın nüfuzu artmış, regionda lider dövlətə çevrilmişdir. Bakıdakı diplomatik korpusun duayeni, Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke mərasimdə çıxış edərək Azərbaycandakı xarici diplomatlar adından təbriklərini çatdırmışdır. Bakıdakı beş illik fəaliyyəti dövründə respublikamızın dinamik inkişafının şahidi olduğunu diqqətə çatdıran səfir demişdir ki, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin sayı getdikcə artır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə birbaşa bağlıdır. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Azərbaycanın diplomatiya tarixindən söz açmış, əsası 1919-cu ildə qoyulmuş Azərbaycanın diplomatik korpusunun fəaliyyətindən, bu sahədə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlərdən danışmışdır.
Mərasim konsert proqramı ilə davam etdirilmişdir.