Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[25.06.2007] AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASININ 89 İL ÖTÜR

[25.06.2007] 2025-Cİ İLƏ KİMİ ERMƏNİSTAN ƏHALİSİ 6 FAİZ AZALACAQ, AZƏRBAYCAN ƏHALİSİ İSƏ 1,5 MİLYON NƏFƏR ARTACAQ

[22.06.2007] İSVEÇ KRALLIĞININ HÖTEBORQ İNFORMASİYA TEXNOLOGİYALARI UNİVERSİTETİNƏ QƏBUL ÜÇÜN MÜSABİQƏ KEÇİRİLƏCƏK

[22.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “MÜHARİBƏ HƏLƏ BİTMƏYİB”

 
 
Son Xəbər
 

«MİCROSOFT»UN BAŞ VITSE-PREZİDENTİ: «AZƏRBAYCANDA İT SAHƏSİNİN İNKIŞAFINA MEYL HİSS OLUNUR»
[07.06.2007 15:20]

Azərbaycanda informasiya texnologiyalarının inkişafına meyl müşahidə olunur. Bunu Bakıya birgünlük səfərlə gəlmiş «Microsoft» korporasiyasının baş vitse-prezidenti və texniki direktoru Kreyq Mandi cümə axşamı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, belə deməyə çoxsaylı layihə və proqramların mövcudluğu əsas verir. Mandinin fikrincə, bunlar kifayət qədər sürətli templərlə reallaşdırılır. Konkret olaraq bu, İKT-nin inkişafı üzrə dövlət proqramı, «Xalq kompüteri» layihəsi, regional innovasiya zonasının yaradılmasıdır. «Azərbaycanda elektron hökumətin yaradılması təşəbbüsü yüksək qiymətə layiqdir» - deyə Mandi əlavə edib. «Microsoft»un nümayəndəsi qeyd edib ki, Azərbaycan informasiya texnologiyalarının inkişafı üçün bütün resurs və şərtlərə malikdir. Mandi bilavasitə şirkətin rəhbəri Bill Geytsə tabedir. Konkret olaraq «Microsoft»un texnologiya, biznes və siyasət sahəsindəki böyük strateji layihələri onun iştirakı ilə hazırlanır. Mandinin səlahiyyətlərinə korporasiya daxilində bu planların koordinasiyası daxildir. Mandi «Microsoft»da 1992-ci ildən çalışır.