Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “MÜHARİBƏ HƏLƏ BİTMƏYİB”
[22.06.2007 13:50]

İyunun 22-də Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimlərinin buraxılışına həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də iştirak edib.
Bundan başqa, mərasimə dövlət qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri də qatılıb. Tədbiri açıq elan edən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin dünya və NATO standartlarına uyğunlaşması prosesi davam edir: “Hərbçilərin sosial vəziyyəti həmişə dövlətin diqqət mərkəzindədir. Silahlı Qüvvələr Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər zaman hazırdır”.
Azərbaycan prezidenti İlham Əliyev çıxışında Azərbaycan Ordusunun hər şeyə qadir olduğunu bəyan edib: “Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar idisə, 2007-ci ildə bu rəqəm 1 milyard dollara çatıb. Müharibə hələ bitməyib. Atəşkəs dövrü olsa da, müharibənin bitdiyini söyləmək olmaz”. Hərbçilərin sosial vəziyyətinin getdikcə yaxşılaşdırıldığını deyən İlham Əliyev bildirib ki, onların əmək haqqı artırılır, Silahlı Qüvvələr üçün böyük həcmdə silah-sursat alınır: “Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Bu nazirlik ilin sonuna qədər hərbi sursat istehsalına başlayacaq”. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin 1,5 milyard dollar olduğunu xatırladan prezident hazırda bu rəqəmin 7,5 milyard dollara çatdığını qeyd edib: “ Iki il əvvəl demişdim ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabər olacaq, oldu. 5 il əvvəl Azərbaycanla Ermənistanın xərcləri eyni idi, indi 7 dəfə artıqdır. Təmas xəttində Ermənistanın Silahlı Qüvvələri çatışmır. 13 ildir danışıqlar gedir, amma daha 13 il davam edə bilməz. Ermənistanın qeyri-konstruktiv mövqeyini bütün dünya görür”. İlham Əliyev Azərbaycan prezidenti və Ali Baş Komandan kimi ordunun güclənməsi üçün əlindən gələni edəcəyini vurğulayıb: “Biz torpaqlarımızı azad edəcəyik. Mən bir daha bəyan edirəm ki, Azərbaycanın ərazi bütövlüyü pozula bilməz, Dağlıq Qarabağa müstəqillik verilməyəcək”.
Prezidentin çıxışından sonra bir qrup hərbçiyə mənzil orderləri, müdavimlərə isə diplomlar təqdim olunub. MİQ-24, MİQ-29, MİQ-28 və digər növ hərbi təyyarələrin iştirakı ilə nümunəvi uçuş olub, hərbi keçid düzənlənib. /APA/