Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ
[29.06.2007 10:00]

Dünya ictimaiyyəti növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağda keçirilən istənilən seçki tanınmayacaq. Bu barədə cümə axşamı Strasburqda Serbiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Vuk Jeremik bildirib.
AŞ PA-nın yay sessiyasında Jeremik qeyd edib ki, 2006-cı ildə Dağlıq Qarabağda keçirilmiş konstitusiya referendumu, həmçinin qondarma «respublika»da iyulun 29-na planlaşdırılmış prezident seçkiləri münaqişənin həllinə xidmət edə bilməz və danışıqlar prosesini çətinləşdirir.
Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağda prezident seçkiləri ilə bağlı sualına cavab verərkən nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə mövqe dəyişilməyib. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Nazirlər Kabineti ATƏT-in Minsk Qrupunun yardımı ilə artıq bir neçə ildir Azərbaycan və Ermənistan arasında aparılan danışıqları dəstəkləyir.
O, Azərbaycan və Ermənistanda, həmçinin ümumilikdə Cənubi Qafqazda sülh və sabitliyin olmasında maraqlı olduqlarını söyləyib. Danışıqlar vasitəsilə razılığa gəlinməsi hər iki ölkə üçün vacibdir, - deyə Jeremik bldirib.