Əsas Səhifə Konsulluq Press-relizlər Azərbaycan Mətbuat Əlaqə
Xəbər Arxivi
 

[29.06.2007] AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL EDİB

[29.06.2007] DÜNYA İCTİMAİYYƏTİ NÖVBƏTİ DƏFƏ BƏYAN EDİB Kİ, DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN İSTƏNİLƏN SEÇKİ TANINMAYACAQ

[28.06.2007] BAKIDA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ-TİCARƏT VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

[28.06.2007] ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB

 
 
Son Xəbər
 

ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ KEÇİRDİYİ BUDƏFƏKİ MONİTORİNQİNDƏ AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ DƏ İŞTİRAK EDİB
[28.06.2007 15:50]

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Hindarx-Ağdam yolunun yaxınlığındakı qoşunların təmas xəttində bu gün keçirilməsi planlaşdırılan monitorinqin yeri dəyişdirilib. APA-nın məlumatına görə, monitorinq Ağdərənin işğal altında olan Çeraberd kəndi istiqamətində keçirilib. Monitorinqdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri ilə yanaşı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Polad Bülbüloğlu Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və Bakı Musiqi Akademiyasının rəhbəri Fərhad Bədəlbəyli ilə birlikdə dünən Bərdəyə gedib. Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşən qonaqlar səfərin məqsədi və müzakirə edilən məsələlər barədə heç bir məlumat verməyiblər. Müdafiə Nazirliyindən monitorinqinin yerinin dəyişdirilməsi barədə məlumat təsdiqlənib. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Səfərov APA-ya bildirib ki, yer dəyişikliyinin heç bir ciddi səbəbi yoxdur: “Sadəcə, sonradan monitorinqin Ağdərə istiqamətində keçirilməsi qərarlaşdırılıb. Monitorinq baş tutub, heç bir insident qeydə alınmayıb”. E. Səfərov Polad Bülbüloğlunun monitorinqdə iştirak etməsi barədə məlumatsız olduğunu deyib. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vımetal və İmre Palatinus, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Piter ki və Jaslan Nurtazin keçiriblər.