Əziz həmvətənlər, hörmətli dostlar!

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun rəsmi internet səhifəsində Sizləri salamlamaqdan duyduğum məmnuniyyət hissini ifadə etmək istərdim.

Ümidvaram ki, bu səhifə Azərbaycan, Azərbaycan-Türkiyə əlaqələri və Baş Konsulluğumuzun fəaliyyəti haqqında lazımi məlumatları əldə etməkdə Sizlər üçün faydalı olacaq.

Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan ən qədim insan məskənlərindən biri olmaqla, bəşər sivilizasiyasının inkişaf tarixində böyük paya malikdir.Azərbaycan ərazisində yerləşən Azıx mağarasından aşkar edilmiş qədim insanlara aid əmək alətlərinin bir milyon ildən artıq yaşının olduğu müəyyən edilmişdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur.

Azərbaycan xalqının dövlətçilik tarixinin 3 min ildən çox yaşı var. Bu dövr ərzində xalqımız tarixin çox keşməkeşli çağlarından keçmiş, buna baxmayaraq öz milli sərvəti olan müstəqil dövlətini qoruyub yaşada bilmişdir.

Şərq və Qərb dəyərlərini hər zaman əxz etməyi, eləcə də bu dəyərlərə öz töhfəsini verməyi bacaran xalqımız  1918-ci ilin 28 may tarixində şərqdə ilk demokratik respublikanın – müasir Azərbaycan Respublikasının xələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olmuşdur.

Şərqdə ilk opera olan “Leyli və Məcnun” 1908-ci ildə Azərbaycanlı bəstəkar Ü.Hacıbəyli tərəfindən yazılaraq səhnələşdirilmişdir. Şərqdə ilk opera yazan azərbaycanlı bəstəkar qadın da Ş.Axundova xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi incəsənət xadimlərindəndir. Müasir dövrümüzdə dünya siyasətinin əhəmiyyətli faktorlarından birinə çevrilmiş neft də sənaye üsulu ilə dünyada ilk dəfə – 1847-ci ildə məhz Bakıda çıxardılmışdır.

Baş Konsulluğumuzun təsis olunduğu ölkə – Türkiyə ilə Azərbaycanı bağlayan tellər öz gücünü milli-mənəvi dəyərlərdən almaqdadır. Eyni soy kökünə mənsub olan xalqlarımız tarixin bütün dövrlərində qardaşlıq dəyərlərinə sadiq qalmış, bu sədaqəti xor görən qüvvələrin qurmuş olduqları çətin sınaqlardan alnı açık çıxmışdırlar.

İyirminci əsrdə xalqlarımızın yaşadığı taleh, eləcə də bu çətinliklərə birgə sinə gərmələri qeyd olunanlara bariz nümunədir. Əsrin əvvəlində Qurtuluş Savaşında, məhrumiyyətlər içində mübarizə aparan minlərlə qəhrəman Türk əsgəri bütün çətinliklərə rəğmən daşnak-bolşevik işğalına məruz qalan Azərbaycanın xilası yolunda öz canlarından keçib şəhid oldular.

Bu gün Çanaqqala şəhidliyində ziyarət etdiyimiz şəhid məzarlarının da 3 minə yaxını Türk torpaqlarının müstəqilliyi naminə cəbhədə döyüşən Türk əsgərinin köməyinə gələn, bu torpaqlar uğrunda şəhid olan Azərbaycan əsgərlərinə məxsusdur.

Xalqlarımız arasındakı bağları Türk dünyasının böyük oğulları Ulu öndər Mustafa Kamal Atatürk əsrin əvvəlində “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”  və Ümummilli lider Heydər Əliyev əsrin sonunda “Türkiyə və Azərbaycan – bir millət, iki dövlətdir” sözləri ilə ən gözəl şəkildə ifadə etmişdirlər.

Azərbaycan Respublikası bu il iyirmi illiyini qeyd etdiyimiz dövlət müstəqilliyini 1991-ci ilin 18 oktyabr tarixində bərpa etdikdən sonra ölkəmizin müstəqilliyini ilk tanıyan dövlət də Türkiyə olmuşdur. Bu gün Azərbaycanın qarşılaşmış olduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ölkəmizin haqlı mövqeyini bütün səviyyələrdə hər zaman müdafiə edən yeganə dövlət də məhz Türkiyədir.

Etnik, mәdәniyyәt vә dil baxımından bir-biri ilә sıx bağlı olan ölkәlәrimiz arasında qarşılıqlı münasibәtlәr – dildə, düşüncədə və işdə birlik prinsipi əsasında və strateji әmәkdaşlıq sәviyyәsindә daha da genişlәnmәkdә vә dәrinlәşmәkdәdir.

Müstəqilliyi elan etmədən əvvəl başlayan münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi xarici himayədarlarının köməyi ilə Ermənistan tərəfindən işğala məruz qalmışdır.Bu torpaqlar etnik təmizlənməyə məruz qalmış, 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür.

1992-ci il fevral ayının 26-da Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədilmiş, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mindən çox insan qətlə yetirilmiş və yaralanmışdır. Təsadüfi deyil ki, eyni taleyi Türk xalqı da keçən əsrin əvvəlində yaşamışdır.

Ölkəmizin Türkiyəyə, eləcə də dünyanın mədəniyyət, iqtisadiyyat, elm, sənaye mərkəzi olan doğma İstanbula verdiyi əhəmiyyətin səbəbidir ki, müstəqilliyin ilk illərindən İstanbulda Baş Konsulluq təsis edilmişdir. Qeyd edək ki, Baş Konsulluğumuz ölkəmizin xaricdə təsis olunan altıncı diplomatik nümayəndəliyi, lakin ilk konsulluğudur.

Azərbaycan Türkiyə ilə birlikdə bölgədə sabitlik və təhlükəsizliyin, iqtisadi inkişaf və inteqrasiyanın möhkəmləndirilməsinə imkan yaradacaq beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Bunlara misal olaraq Bakı-Tiflis-Ceyhan neft kəmərini, Bakı-Tiflis-Ərzurum qaz xəttini, Bakı-Tiflis-Qars dəmir yolu xətlərini göstərmək olar.

Əminəm ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və əməkdaşlığa əsaslanan siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək.

Ümidvaram ki, Baş Konsulluğun internet səhifəsi konsulluq dairəsində Azərbaycanın, Azərbaycan vətəndaşları və hüquqi şəxslərinin hüquq və qanuni mənafelərini müdafiə etməyə, Türkiyə ilə iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər sahələrdə dostluq münasibətlərinin inkişafına xidmət edəcəkdir.

Dərin hörmətlə,  

Həsən Sultan oğlu Zeynalov

Baş Konsul

 AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 
Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

25.04.11

Elanlar
Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar 31.12.2013 – 06.01.2014 tarixləri qeyri-iş günləri elan olduğu üçün Baş Konsulluqda vətəndaşların qəbulu həyata keçirilməyəcəkdir.
Milli Liderimiz Haydar Aliyevin vefatının 10.yıldönümü nedeniyle 12 Aralık 2013 saat 11:00 Sarıyer Haydar Aliyev Parkında anma töreni düzenlenecektir Adres: Haydar Aliyev Parkı, Sarıyer, 34457 Kireçburnu, İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn