AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Azərbaycan - Türkiyə əlaqələriİkitərəfli münasibətlər
 
İkitərəfli münasibətlər Türkiyə-Azərbaycan rəsmi əlaqələrin xronikası

1-3 may 1992-ci il tarixində Türkiyə Prezidenti T.Özal Azərbaycana rəsmi səfər etmişdir.

8-11 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyəyə rəsmi səfər etmişdir.

18-19 oktyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İstanbul şəhərində keçrilən Türkdilli Dövlət Başçılarının II Zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.

26-28 dekabr 1994-cü il tarixlərində Türkiyə Böyük Millət Məclisinin Sədri H.Cindoruk Azərbaycana rəsmi səfər etmişdir.

12 aprel 1995-ci il tarixində Türkiyənin Baş Naziri T.Çillər Azərbaycanda qısamürdətli işgüzar səfərdə olmuşdur.

10-12 iyul 1995-ci il tarixlərində Türkiyənin Baş Naziri T.Çillər Azərbaycana rəsmi səfər etmişdir.

7-9 dekabr 1995-ci il tarixlərində Türkiyə Prezidenti S.Dəmirəl Azərbaycana rəsmi səfər etmişdir.

14-15 aprel 1996-cı il tarixlərində Türkiyənin Baş Naziri M.Yılmaz Azərbaycana rəsmi səfər etmişdir.

19-20 mart 1997-ci il tarixlərində Türkiyə Parlamentinin Sədri M.Kalemli Azərbaycana rəsmi səfər etmişdir.

5-8 may 1997-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyəyə rəsmi səfər etmişdir.

12 noyabr 1997-ci il tarixində Türkiyənin Baş Naziri M.Yılmaz Bakıda keçrilən "İlkin neftin alınması"na həsr olunmuş mərasimdə iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

8-9 sentyabr 1998-ci il tarixlərində Bakıda keçrilən "İpək Yolunun" bərpasına həsr edilən konfransda Türkiyə Prezidenti S.Dəmirəl iştirak etmişdir.

28-31 oktyabr 1998-ci il tarixlərində Azərbycan Prezidenti Heydər Əliyev Türkiyənin 75 illiyi mürasibəti ilə keçrilən tədbirlərdə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur.

18 oktyabr 1999-cu il tarixində Türkiyə Prezidenti S.Dəmirəl Bakıda işgüzar səfərdə olmuşdur.

31 oktyabr-2 noyabr 1999-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyədə səfərdə olmuşdur.

18-19 noyabr 1999-cu il tarixlərində ATƏT-in İstanbulda keçrilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.

7 fevral 2000-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin sədri Y.Akbulut Azərbaycana rəsmi səfər etmişdir.

8-9 aprel 2000-ci il tarixlərində Türkiyə Prezidenti S.Dəmirəl Türkdilli Dövlət Başçılarının VI Zirvə toplantısında və "Kitabi-Dədə Qorqud" dastanının 1300-illiyinə həsr olunmuş yubiley mərasimlərində iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

11-12 iyul 2000-ci il tarixlərində Türkiyə Prezidenti A.N.Sezər Azərbaycana rəsmi səfər etmişdir.

12-17 mart 2001-ci il tarixlərində Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə rəsmi səfər etmişdir.

26-27 aprel 2001-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İstanbulda keçrilən Türkdilli Dövlət Başçılarının VII Zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.

9-14 iyul 2001-ci il tarixlərində Azərbaycan Milli Məclisinin sədri M.Ələsgərov Türkiyədə səfərdə olmuşdur.

6-10 fevral 2002-ci il tarixlərində Türkiyə Böyük Millət Məclisinin Sədri Ö.İzgi Azərbaycanda rəsmi səfərdə olmuşdur.

29-30 aprel 2002-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan, Türkiyə və Gürcürtan Prezidentlərinin Trabzonda keçrilən Zirvə Görüşündə iştirak etmişdir.

17-18 sentyabr 2002-ci il tarixlərində Türkiyə Prezidenti Ə.N.Sezər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməlatma mərasimində iştirak etmək məqsədilə Azərbaycanda işgüzar səfərdə olmuşdur.

7-8 yanvar 2003-cü il tarixlərində Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

8 sentyabr 2003-cü il tarixində Azərbaycanın Baş Naziri İ.Əliyev Türkiyəyə rəsmi səfər etmişdir.

16 dekabr 2003-cü il tarixində Türkiyə Prezidenti Ə.N.Sezər və onun rəhbərlik etdiyi 20 nəfərlik nümayəndə heyəti, o cürlədən Türkiyə Silahlı Qürvələrinin Baş Qərargah rəisi H.Özkü, həmçnin Türkiyənin Baş Naziri R.T.Ərdoğanın rəhbərliyi ilə 100 nəfərlik nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəfn mərasimində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

11-12 yanvar 2004-cü il tarixlərində Türkiyənin Xarici İşlər Naziri və Baş Nazirin müavini A.Gül Azərbaycanda rəsmi səfərdə olmuş, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, Baş Nazir A.Rasi-zadə, MM-in sədri M.Ələsgərov, Xarici İşlər Naziri V.Quliyev ilə görüşür.

6-10 mart 2004-cü il tarixlərində Azərbaycanın Xarici İşlər Nazirinin müavini X.Xələfov Azərbaycan və Türkiyə XİN-lər arası siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur.

13-15 aprel 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olmuşdur. Səfər zamanı aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə Türkiyə Prezidenti Ə.N.Sezərin təkbətək görüş keçirilmişdir. Görüşdən sonra geniş tərkibdə görüş olmuş, sənədlərin imzalanma mərasimi keçrilmişdir.

13 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin Baş Naziri R.T.Ərdoğan ilə təkbətək görüşür. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Silahlı Qürvələri Baş Qərargahının rəisi H.Özkünü,

14 aprel 2004-cü il tarixində Xarici İşlər Naziri A.Gülü, Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri D.Baykalı qəbul etmişdir.

14 aprel 2004-cü il tarixində İ.Əliyev Ankara yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak etmişdir.

Həmin gün İ.Əliyev TBMM-də olmuş, onun sədri ilə təkbətək görüşmüş, Məclisdə çıxış etmiş, Doğru Yol Partiyasının sədri, parlamentin deputatı M.Ağar ilə görüşür.

14 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə Bilkənd universitetində fəxri doktor diplomu və İ.Doğramacı adına Dünya Sülh mükafatı təqdim edilmişdir.

14 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin keçmiş Prezidenti S.Dəmirəli qəbul etmişdir.

26-29 iyun 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev İstanbulda keçrilən NATO Zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olmuşdur.

26 iyun 2004-cü il tarixində Türkiyənin Sosial-iqtisadi araşdırmalar Fondu (TESEV) və Marşal Fondu tərəfindən təşkil olunmuş “NATO yeni yol kəsiyində” mövzusundakı konfransda Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev çıxış etmişdir.

26 iyun 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev İstanbulun Şişli rayonunda Azərbaycanın ürummilli lideri Heydər Əliyevin heykəlinin açılış mərasimində iştirak etmişdir.

28 iyun 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Prezidenti Ə.N.Sezər və Türkiyənin Baş Naziri R.T.Ərdoğan ilə görüşür.

11 noyabr 2004-cü il tarixində Xarici İşlər naziri E.Məmmədyarov “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin” lehinə səs verilməsi ilə bağlı Türkiyənin Xarici İşlər naziri A.Gürə məktub ürvanlamışdır.

17-18 noyabr 2004-cü il tarixlərində Türkiyənin Dövlət Naziri K.Türmənin başçılıq etdiyi iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

19 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş Fövqalədə və Səlahiyyətli Səfiri T.Moralının etimadnaməsini qəbul etmişdir.

24 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin Jandarm Qürvələrinin Baş komandanı ordu generalı F.Türkerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

25 noyabr 2004-ü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin Nəqliyyat və Rabitə Naziri B.Yıldırımı qəbul etmişdir.

10 dekabr 2004-cü il tarixində Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun açılış mərasimində Baş Nazirin müavini A.Şərifov və Xarici işlər nazirinin müavini X.Xələfov iştirak etmişlər.

12 dekabr 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin Dövlət Naziri G.Akşiti qəbul etmişdir.

29 dekabr 2004-cü il tarixində Gürcürtan Xarici İşlər Nazirliyində, Azərbaycanın nəqliyyat nazirinin müavini M.Pənahov, Gürcürtanın iqtisadiyyat naziri A.Aleksişvili, Türkiyənin nəqliyyat və informasiya naziri B.Yıldırım Qars-Axalkalaki-Tbilisi marşrutu üzrə dəmir yolunun inşası layihəsinin həyata keçrilməsi haqqında protokol imzalamışlar.

6-9 fevral 2005-ci il tarixlərində Türkiyə Böyük Millət Məclisinin Sədri B.Arınç Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində B.Arınç Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Milli Məclisin sədri M.Ələsgərovla görüşmüşdür.

10-11 fevral 2005-ci il tarixlərində Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyəyə rəsmi səfər etmiş, Türkiyə Prezidenti Ə.N.Sezər, Türkiyə Böyük Millət Məclisinin Sədri B.Arınç, Xarici İşlər Naziri A.Gür və Dövlət Naziri M.Aydın ilə görüşmüşdür.

12-14 aprel 2005-ci il tarixlərində Azərbaycan-Türkiyə müştərək iqtisadi komissiyasının 3-cü iclası keçrilmişdir.

27 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin Qars və ətraf vilayətləri valilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

2 may 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin İsgəndərun, Payas, Ceyhan, Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başçılarını qəbul etmişdir.

1-5 may 2005-ci il tarixlərində Azərbaycanda səfərdə olan Türkiyənin İsgəndərun, Payas, Ceyhan, Dedyol, Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başçıları Sumqayıt, Yevlax, Lənkəran, Salyan, Qəbələ, Şəki və Ağdaş şəhərlərinə səfər etmişlər. Səfər zamanı Lənkəran və İsgəndərun, Yevlax və Mərsin-Toroslar, Salyan və Dedyol, Sumqayıt və Ceyhan, Qəbələ və Sarımazı, Şəki və Lapseki, Payas və Ağdaş şəhərləri arasında “qardaşlaşmış şəhərlər” protokolu imzalanmışdır.

15 may 2005-ci il tarixində Avropa Şurasının Varşavada keçrilmiş III zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin Baş Naziri R.T.Ərdoğan ilə görüşmüşdür.

24-25 may 2005-ci il tarixlərində Türkiyə Prezidenti Ə.N.Sezər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin istismara verilməsi mərasimində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müraqişəsinin sülh yolu ilə həlli sahəsində Azərbaycanın mövqeyinin Türkiyə tərəfindən bundan sonra da dəstəklənəcəyini vurğulanmış, ikitərəfli və regional mürasibətlərə dair bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Mərasim çərçivəsində Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti layihəsi haqqında Bəyannamə və Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi imzalanmışdır.

7-10 iyun 2005-cü il tarixində Bakıda keçrilmiş “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2005” XII beynəlxalq sərgi və konfransda Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini S.Paşaoğlu iştirak etmişdir.

Türkiyənin Xarici İşlər Nazirliyi qondarma “Dağlıq Qarabağ Respublikasında” 19 iyunda keçrilmiş seçkiləri qeyri-qanuni hesab etmişdir.

27 iyun 2005-ci il tarixində Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyənin Baş Nazirinin müavini və Xarici İşlər Naziri A.Gürür dəvəti ilə Ankaraya səfər etmişdir.

28 iyun 2005-ci il tarixində Xarici İşlər Nazirinin müavini X.Xələfov Türkiyənin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri İdarəsinin rəisi M.Ersavcını qəbul etmişdir.

29-30 iyun 2005-ci il tarixlərində Türkiyənin Baş Naziri R.T.Ərdoğan Azərbaycana rəsmi səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, Baş Nazir A.Rasi-zadə, Milli Məclisin Sədri M.Ələsgərov ilə görüşmüş, Milli Məclisdə çıxış etmişdir.

5 iyul 2005-ci il tarixində Türkiyədə keçrilmiş Avrasiya ölkələrinin 8-ci İqtisadi Zirvə toplantısında iştirak etmiş Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxumuşdur.

15 iyul 2005-ci il tarixində Milli Məclisin Sədri M.Ələsgərov Bakıda səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyətini qəbul etmişdir. Səfər çərçivəsində, Türk Dünyası Bələdiyyələr Birliyinin Azərbaycan nümayəndəliyi yaradılmışdır.

1 avqust 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Z.Həşimov Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

7 sentyabr 2005-ci il tarixində Türkiyənin Quru Qoşunları Komandanı, ordu generalı Y.Böyükanıtın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Müdafiə Naziri S.Əbiyev ilə görüşmüşdür.

26 sentyabr 2005-ci il tarixində Müdafiə Naziri S.Əbiyev “İDEF-2005” beynəlxalq hərbi sərgisində iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.

12 oktyabr 2005-ci il tarixində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcürtan ərazisindən keçən hissəsinin inşasının başa çatması və kəmərin xam neftlə doldurulması münasibətilə təntənəli mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Prezidenti Ə.N.Sezərlə görüşmüşdür.

7 noyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev parlament seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin millət vəkillərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin İğdır bələdiyyəsinin sədri N.Arası və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişidr.

8-12 fevral 2006-cı il tarixlərində Milli Məclisin sədri O.Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri B.Arınçın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olmuşdur. Səfər zamanı O.Əsədovu Türkiyənin Prezidenti qəbul etmiş, Baş Nazir, Böyük Millət Məclisinin Sədri, Baş Nazirin müavini, Xarici İşlər Naziri və bir sıra digər rəsmi şəxslərlə görüşlər keçrilmişdir.

24 fevral 2006-cı il tarixində GUAM çərçivəsində “Avropada enerji təhlükəsizliyi məsələsi” adlı konfransda iştirak etmək məqsədilə Türkiyənin Xarici İşlər Nazirinin iqtisadiyyat məsələləri üzrə köməkçisi E.Arat, Xarici İşlər Nazirinin İqtisadiyyat idarəsinin birinci katibi G.Erkul, Energetika və Təbii Sərvətlər Nazirliyinin neft boru kəməri nəqliyyat İdarəsinin başçısı N.Aralın Azərbaycanda səfərdə olmuşlar

4-6 aprel 2006-cı il tarixlərində Türkiyə Respublikasının Prezidenti Ə.N.Sezər və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvətilə Azərbaycanda rəsmi səfərdə olmuşdur. Ə.N.Sezər Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, Baş Nazir A.Rəsi-zadə, Milli Məclisin sədri O.Əsədov ilə görüşlər keçrmişdir.

11-12 aprel 2006-cı il tarixlərində Türkiyə Respublikasının Milli Təhlükəsizlik Təşkilatının rəisi E.Taner Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı E.Taner Azerbaycanın Milli Təhlürəsizlik Naziri E.Mahmudovla və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. E.Taneri Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

18-19 aprel 2006-cı il tarixlərində Türkiyə Respublikasının Daxili İşlər Naziri A.Aksu Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı A.Aksu Azerbaycanın Daxili İşlər Naziri R.Usubovla və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. A.Aksunu Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

5-6 may 2006-cı il tarixlərində Türkiyənin Baş Naziri R.T.Ərdoğan İƏT-nin zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı R.T.Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

29 iyun 2006-cı il tarixində Türkiyə Respublikası Silahlı Qürvələrinin Baş Qərargah rəisi H.Özke Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı H.Özke Azərbaycanın Müdafiə Naziri S.Əbiyevlə və digər rəsmi şəxslərlə görüşlər keçrmişdir. H.Özkü Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmiş və “Şöhrət” ordeni ilə təltif etmişdir.

13-16 iyun 2006-cı il tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov və onun başçılıq etdiyi nümayəndə heyəti siyasi məsləhətləşmələr keçirmək məqsədi ilə Türkiyədə səfərdə olmuşlar. Səfər zamanı X.Xələfov Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Sədri Y.Alpoğan, Türkiyə Respublikası Xarici İşlər Naziri A.Gül və Türkiyə Respublikasının Xarici İşlər Nazirinin köməkçisi Ə.Özür ilə görüşlər keçirmişlər.

19-21 iyun 2006-cı il tarixlərində Türkiyənin Xarici İşlər Naziri A.Gul İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur

12-13 iyul 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev və onun başçılıq etdiyi nümayəndə heyətinin ürvləri Baş Nazirin müavini Y.Eyyubov, Milli Məclisin Sədr müavini V.Ələskərov, Xarici İşlər Naziri E.Məmmədyarov, Maliyyə Naziri S.Şərifov, Sənaye və Energetika Naziri N.Əliyev, Dövlət Neft Şirkətinin Prezidenti R.Abdullayev, Prezidentin İcra Aparatının Xarici Əlaqələr Şöbəsinin müdiri N.Məmmədov Bakı-Tbilisi-Geyhan neft boru kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur. Səfər zamanı Prezident İ.Əliyev, Türkiyə Respublikasının Prezidenti Ə.N.Sezər, Baş Nazir R.T.Ərdoğan, Gürcürtan Respublikasının Prezidenti M.Saakaşvili, ABŞ-ın Energetika nazirinin müavini K.Selli ilə görüşlər keçrmişdir. Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyə Respublikasının Baş Nazirinin müavini və Xarici İşlər Naziri A.Gür ilə görüşlər keçirmişdir.

27-28 iyul 2006-cı il tarixlərində Türkiyənin Dövlət Naziri M.Aydın Azərbaycan-Türkiyə hökumətlərarası müştərək iqtisadi komissiyasının 4-cü iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı iki ölkə arasında yekun protokol imzalanmışdır. Protokolu Azərbaycan tərəfindən Baş Nazirinin müavini A.Şərifov Türkiyə Respublikası tərəfindən Dövlət Naziri M.Aydın imzalamışlar.

7-10 avqust 2006-cı il tarixlərində Türkiyənin Baş Nazirinin müavini və Dövlət Naziri M.A.Şahin Fövqəladə Hallar Naziri K.Heydərov və Gənclər və İdman Naziri A.Rəhimovun dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı M.A.Şahin Fövqəladə Hallar Naziri K. Heydərov, Gənclər və İdman Naziri A.Rəhimov və digər rəsmi şəxslərlə görüşlər keçrilmişdir. Həmçinin M.A.Şahini Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

21-25 avqust 2006-cı il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiyaya məsul Siyasi İşlər üzrə Baş Müdiri səfir R.Uman Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı R.Uman Prezident İcra AparatıBeynəlxalq Əlaqələr şöbəsinin müdiri N.Məmmədov, Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri H.Rəcəbli, Xarici İşlər Nazirinin müavini X.Xələfov, Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov, həmçinin Naxçıvan MR-da görüşlər keçirmişdir.

3 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev İKT Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun İstanbulda yerləşən daimi qərərgahının açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur. Səfər çərçivəsində İ.Əliyev Türkiyə Republikasının Baş Naziri R.T.Ərdoğanla görüşmüşdür.

29 avqust – 1 sentyabr 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüreynovanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Dövlət Naziri N.Çubukşunun dəvəti ilə Türkiyədə səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Dövlət Naziri N.Çubukşu və Türkiyə Respublikası Nazirlər Kabineti Qadınların Statusu üzrə Baş Direktoru E.Çiveleklə görüşmüşlər.

9-12 sentyabr 2006-cı il tarixlərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri A.Kon başçılıq etdiyi nümayəndə heyəti İKT 5-ci Turizm Nazirləri Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur.

12-14 sentyabr 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri Y.Camalovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Milli Müdafiə Naziri V.Gürürün dəvəti ilə Türkiyədə səfərdə olmuşdur.

13-18 sentyabr 2006-cı il tarixlərində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Naziri M.Başəskioğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri F.Ələkbərovun dəvəti ilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir.

17-19 sentyabr 2006-cı il tarixində Türkiyə Respublikası Baş Nazirlik Aparatının Dövlət Kadrlar İdarəsinin Sədri J.Aygür və köməkçisindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.

17-19 sentyabr 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türk Dövlət və İcmalarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Birliyi (TEDEV) tərəfindən Antalyada keçrilən “10-cu Türk Dövlət və İcmalarının Dostluq,Qardaşlıq və Əməkdaşlıq” qurultayında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur. Səfər çərçivəsində İ.Əliyev Türkiyə Republikasının Baş Naziri R.T.Ərdoğanla, “Şimali Kipr Türk Respublikasının Prezidenti” M.A.Talatla, Qazaxıstanın Dövlət katibi O.Abdıkərimovla görüşmüşdür.

2 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev BAKUTEL-2006 XII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-konfransının işində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Nəqliyyat Naziri B.Yıldırımı qəbul etmişdir.

9 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə S.Salahlı Azərbaycan Respublikasının İstanbul şəhərində Baş konsulu təyin edilmişdir.

15 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini V.Sadıqov Ankarada Heydər Əliyev adına parkın təməl atma mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur.

17-18 oktyabr 2006-cı il tarixilərində Azərbaycan Respubliksı Vergilər Naziri F.Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Maliyyə Naziri K.Unakıtanın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

23-25 oktyabr 2006-cı il tarixlərində Türkiyə Respublikası tərəfindən Dünya Səhiyyə Təşkilatı (DST) Baş Direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Professor T.Türmən Azərbaycana səfər etmişdir. Səfər zamanı T.Türmən Səhiyyə Naziri O.Şirəliyev və Xarici İşlər Nazirinin müavini V.Sadıqovla görüşlər keçrmişdir. T.Türməni Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

1-4 noyabr 2006-cı il tarixlərində Türkiyə Respublikasının Milli Təhsil Naziri H.Çelik, Azərbaycan Respublikasının Təhsil Naziri M.Mərdanovun dəvəti ilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Türkiyə Respublikası Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Təhsil və Elm sahəsində Əməkdaşlıq Protokolu imzalanmışdır.

10-12 noyabr 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Baş Nazirinin müavini Y.Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin keçmiş Baş Naziri B.Əcəvitin dəfn mərasimində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olmuşdur.

17 noyabr 2006-cı il tarixində Antalya şəhərində keçrilən türkdilli Dövlətlərin Dövlət başıçıları zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev iştirak etmişdir.

29 noyabr-2 dekabr 2006-cı il tarixlərində Iğdır vilayətinin Valisi S.S.Karahisarlı, Bələdiyyə sədri N.Aras, vilayətin baş prokuroru M.Kürür, Iğdır Jandarm Alay Komandiri O.N.Erkan və Iğdır Polis rəisi Y.Calkavurun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı şəhərində Iğdır və Şamaxı şəhərləri arasında “qardaşlaşmış şəhərlər” protokolunun imzalanması mərasimində iştirak etmiş, İqtisadi İnkişaf Naziri H.Babayev, Mədəniyyət və Turizm Naziri Ə.Qarayev, Respublikanın Baş Prokuroru Z.Qaralovla görüşlər keçirmişdir. Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

5 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Jandarm Qürvələrinin komandanı İ.Koşaneri qəbul etmişdir.

18-19 dekabr 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Ə.Qarayev TÜRKSOY Daimi Şurasının 23-cü iclasında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur.

17-20 dekabr 2006-cı il tarixlərində Türkiyənin Sənaye və Ticarət Naziri A.Coşkun Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində A.Coşkun İqtisadi İnkişaf Nazirliyi və Türk Xarici İqtisadi Əməkdaşlıq İdarəsi tərəfindən keçrilən Türkiyə-Azərbaycan İşgürar Şurasında və Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyasının təqdimat mərasimində iştirak etmişdir. A.Coşkunu Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

9-11 yanvar 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Naziri R.Usubov Türkiyəli həmkarı A.Aksunun dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində R.Usubov Türkiyənin Baş Naziri R.T.Ərdoğan, Daxili İşlər Naziri A.Aksu, Jandarm Qüvvələri və Çevik Qüvvət komandanları ilə görüşmüşlər. R.Usubov həmçnin İstanbul və Bursa şəhərlərinin rəhbərliyi ilə görüşlər keçirmişdir.

22 yanvar 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin ölkəmizə təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri H.A.Karslıoğlunun etimadnaməsini qəbul etmişdir.

5-6 fevral 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əbiyev Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Y.Bürüranıtın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində S.Əbiyev Prezident Ə.N.Sezerlə, Baş Nazir R.T.Ərdoğanla, Müdafiə Naziri V.Gürlə, Baş Qərargah rəisi Y.Bürüranıtla görüşmüşdür.

20-21 fevral 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev, Türkiyə Respublikasının Dövlət Naziri K.Türmenin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

27 fevral 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qürvələrinin Baş Qərargahının ikinci rəisi E.Saygunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

6-7 mart 2007-ci il tarixlərində Türkiyə Quru Qoşunları Komandanı İ.Başbuğun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı İ.Başbuğ görüşlər keçrmişdir. İ.Başbuğu Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

7-9 mart 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə Naziri O.Şirəliyev, Türkiyə Respublikasının Səhiyyə Naziri R.Akdağın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

8-9 mart 2007-ci il tarixlərində Türkiyənin Baş Naziri R.T.Ərdoğan, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində R.T.Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə görüşmüşdür.

26-27 aprel 2007-ci il tarixində Türkiyə parlamentinin keçmiş sədri H.Çetin İKT çərçivəsində “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” beynəlxalq konfransının işində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində H.Çetini Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

10-11 may 2007-ci il tarixində Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri T.Tuğcu Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan və Türkiyə Konstitusiya Məhkəmələri arasında “İkitərəfli əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumu” imzalanmış, Milli Məclisinin sədri O.Əsədovla, Ədliyyə Naziri F.Məmmədovla görüşər keçrilmişdir. T.Tuğcunu Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.

22-25 may 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əbiyev 8-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur.

25-27 may 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri F.Ələkbərov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial Müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın növbəti iclasının keçrilməsi məqsədilə Türkiyədə səfərdə olmuşdur.

25-26 iyun 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur.

27 sentyabr 2007-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov, BMT Baş Assambleyasının 62-ci sessiyasının ümumi mürakirələrində iştirak məqsədilə Nyu Yorka səfəri çərçivəsində Türkiyənin Xarici İşlər Naziri A.Babacanla görüşmüşdür.

28 sentyabr 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniyyət və Turizm Naziri E.Gürayı qəbul etmişdir.

18-19 oktyabr 2007-ci il tarixlərində Türkiyə Xarici İşlər Nazirliyinin müşavirinin müavini A.Çevik Azərbaycan-Türkiyə XİN-lər arası siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.

6-8 noyabr 2007-ci il tarixlərində Türkiyə Respublikasının Prezidenti A.Gül Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və Türkiyə Prezidentlərinin təkbətək və geniş tərkibdə görüş, həmçinin Prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə Biznes Forumu keçrilmişdir. Türkiyə Prezidenti həmçinin, Azərbaycanın Baş Naziri A.Rasi-zadə və Milli Məclisin sədri O.Əsədovla görüşmüş,Azərbaycan Milli Məclisində çıxış etmiş, Gəncə şəhərinə səfər etmişdir. Səfər zamanı Azərbaycan və Türkiyə arasında 5 sənəd imzalanmışdır.

17 noyabr 2007-ci il tarixində Türkiyə Respublikasının Baş Naziri R.T.Ərdoğan, “Türk Dövlət və icmalarının XI dostluq, qardaşlıq və əməkdaşlıq” qurultayında iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

18 noyabr 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, Türkiyə-Yunanıstan təbii qaz kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

20-24 noyabr 2007-ci il tarixlərində Türkiyə Respublikasının Ali Məhkəməsinin (Yarqıtay) sədri O.Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən qəbul edilmiş, Milli Məclisin sədri O.Əsədov, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev, Ali Məhkəmənin sədri R.Rzayevlə görüşlər keçirmişdir. Səfər çərçivəsində həmçnin Azərbaycan və Türkiyə Ali Məhkəmələri arasında Anlaşma Memorandumu imzalanmışdır.

4-5 dekabr 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Halar Naziri K.Heydərov, Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyası (TUSKON) tərəfindən İstanbulda keçrilən “Türkiyə-Avrasiya Xarici Ticarət Körpüsü II” adlı tədbirdə iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

27-30 dekabr 2007-ci il tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüratı Naziri M.M.Ekerin rehberlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Kənd Təsərrüratı Naziri İ.Abasovla görüşmüş, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir.

27-28 fevral 2008-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədrinin G.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etmişdir.

6 mart 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyənin ölkəmizə təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri H.Kılııç etimadnaməsini qəbul etmişdir.

17-19 mart 2008-ci il tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüratı Naziri İ.Abasov Azərbaycan – Türkiyə Kənd Təsərrüratı İcra Komitəsinin 5-ci iclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.

9-11 aprel 2008-ci il tarixlərində Azərbaycan – Türkiyə Hökumətlərarası Birgə Komissiyanın 5-ci iclası keçrilmişdir.

11-12 aprel 2008-ci il tarixlərində Türkiyə Respublikasının Baş Nazirinin müavini və Dövlət Naziri C.Çilin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri K.Heydərovun dəvəti ilə ölkəmizə səfər etmişdir.

14-18 aprel 2008-ci il tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri R.Rzayev Türkiyəyə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Türkiyə Respublikasının Prezidenti A.Gül, Parlamentin sədri K.Toptan, Ədliyyə Naziri M.A.Şahin, Ali Məhkəmənin sədri H.Gereker, Konstitutsiya Məhkəməsinin sədri H.Kılıç, Ali İdarə Məhkəməsinin sədri S.Çetoğlu, Baş Prokuroru A.Yalıçkaya ilə görüşlər keçirilmişdir.

22-25 aprel 2008-ci il tarixlərində Türkiyə Respublikasının Əmək və Sosial Təhlürəsizlik Naziri F.Çelik Azərbaycana səfər etmişdir.

20 may 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Jandarm Qürvələri Komandanı İ.Aılmeşeni qəbul etmişdir.

21 may 2008-ci il tarixində Azərbaycan Respublikasının Baş Naziri A.Rasi-zadə Türkiyəyə səfər etmişdir. Səfər çərçivəsində A.Rasi-zadə Türkiyə Prezidenti A.Gül, Parlamentin sədri K.Toptan, Baş Nazri R.T.Ərdoğanla görüşlər keçirmişdir.

12 iyun 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, ölkəmizdə səfərdə olan Türkiyənin İnşaat və Şəhərqurma Naziri F.N.Özakı qəbul etmişdir.

17-19 iyun 2008-ci il tarixlərində Türkiyə Parlamentinin sədri K.Toptan Azərbaycan Respublikası Milli Məclisinin 90 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.

6-11 iyul 2008-ci il tarixində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Müdafiə sənayesi müşaviri M.Bayarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə, Müdafiə naziri S.Əbiyev, Müdafiə sənayesi naziri Y.Camalovla görüşmüşdür.

24 iyul 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Türkiyə hissəsinin təməlatma mərasimində iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdir.

20 avqust 2008-ci il tarixində Türkiyə Respublikasının Baş Naziri R.T.Ərdoğan və Xarici İşlər Naziri A.Babacan Azərbaycana işgüzar səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Prezindenti İ.Əliyev və Türkiyə Hökumətinin başçısı R.T.Ərdoğan arasında təkbətək və nümayəndə heyətləri səviyyəsində görüş keçirilmiş, Türkiyə tərəfinin irəli sürdüyü “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması” təşəbbüsü müzakirə edilmişdir.

29 avqust 2008-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyəyə işgüzar səfər etmişdir. Səfər çərçivəsində E.Məmmədyarov Türkiyə Prezidenti A.Gül, Baş Nazir R.T.Ərdoğan, Xarici İşlər Naziri A.Babacanla görüşlər keçirmişdir.

10 sentyabr 2008-ci il tarixində Türkiyə Respublikasının Prezidenti A.Gül Azərbaycana işgüzar səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və Türkiyə Prezidentlərinin görüşü keçrilmişdir.

25-27 sentyabr 2008-ci il tarixlərində Türkiyə Respublikasının Ədliyyə Naziri M.A.Şahin Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində M.A.Şahin Azərbaycan Respublikasının Ədliyyə Naziri F.Məmmmədov, Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev, Ali Məhkəmənin sədri R.Rzayev, Respublikanın Baş Prokuroru Z.Qaralov, Milli Məclisin Sədri O.Əsədovla görüşmüş, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir. Səfər zamanı Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır.

26 sentyabr 2008-ci il tarixində Azərbycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov, BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində Nyu- Yorkda Türkiyə və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş keçrilmişdir.

23-25 oktyabr 2008-ci il tarixində Türkiyə Respublikasının Baş Nazirinin müavini C.Çie və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya idarəsinin müavini E.Yardım, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin and içmə mərasimində iştirak etmişdir.

5-6 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Respublikasının Prezidenti A.Gülün dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur. Noyabrın 5-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Prezident İ.Əliyevin və Prezidenti A.Gülün təkbətək görüş olmuşdur. Həmçnin səfər çərçivəsində Prezident İ.Əliyev Türkiyə Böyük Millət Məclisində (Parlamentində) geniş nitq ilə çıxış etmiş, Ankara şəhərinin Batıkent məhəlləsindəki Heydər Əliyev küçəsinin açılışında iştirak etmiş, habelə Heydər Əliyev parkı və Heydər Əliyev adına ibtidai məktəblə tanış olmuşdur.

6 noyabr 2008-ci il tarixində Türkiyə Respublikası Silahlı Qürvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində S.Əbiyevlə İ.Başbuğ arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş olmuşdur. Daha sonra qonaq Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov və Prezident İ.Əliyev tərəfindən qəbul edilmişdir.

13-14 noyabr 2008-ci il tarixində Türkiyə Respublikasının Prezidenti A.Gül Bakıda keçrilən Enerji Sammitində iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində Prezident A.Gülün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə görüşü olmuşdur.

20-22 noyabr 2008-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçrilən Türdilli Ölkələrin Parlament Assambleyasının I Konfransında iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdir.

1 dekabr 2008-ci il tarixində Türkiyə Respublikasının Xarici İşlər Naziri Ə.Babacan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Ə.Babacan səfər çərçivəsində Xarici İşlər Naziri E.Məmmədyarovla, Milli Məclisin sədri O.Əsədovla və Baş Nazir A.Rasi-zadə ilə görüşlər keçirmiş, Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir.

22 dekabr 2008-ci il tarixində Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, ordu generalı H.İğsız, Azərbaycan Respublikası Müdafiə Naziri S.Əbiyev ilə görüşmüş, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən qəbul edilmişdir.

09 fevral 2009-cu il tarixində Türkiyə Respublikasının Xarici İşlər naziri Ə.Babacanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Xarici İşlər naziri E.Məmmədyarovla görüşmüş, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən qəbul edilmişdir.

09 mart 2009-cu il tarixində Türkiyə Respublikasının Jandarm Qürvələri komandanı, ordu generalı A.İşık Azərbaycanda səfərdə olmuş, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevlə və Azərbaycan Respublikası Müdafiə Naziri S.Əbiyevlə görüş keçrmişdir.

11 mart 2009-cu il tarixində İranda keçrilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə Türkiyə Respublikasının Prezidenti A.Gül görüş keçirmişdir.

06 aprel 2009-cu il tarixində Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulun Çırağan sarayında BMT-nin Sivilizasiyaların Alyansı təşəbbürürür ikinci Dürya forumu keçrilmişdir. Forumda ölkəmizi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri H.Orucovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

14-18 aprel 2009-cu il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin qadın deputatlarından ibarət parlament nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin deputatı, Türk Düryası Qadınlar Birliyinin sədri Ş.Balın dəvəti ilə Türkiyədə səfərdə olmuşdur.

23 aprel 2009-cu il tarixində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İ.Başbuğun dəvəti ilə Azərbaycan Respublikası Müdafiə Naziri S.Əbiyev Türkiyəyə rəsmi səfərə getmişdir.

27 aprel 2009-cu il tarixində Türkiyədə IX Beynəlxalq Müdafiə sənayesi sərgisi (İDEF-2009) açılmışdır. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əbiyev və Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Y.Camalov iştirak etmişlər.

3 may 2009-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini A.Əzimov Türkiyə Respublikasına səfər etmiş, yeni təyin olunmuş Xarici İşlər Naziri Ə.Davudoğlu ilə görüş keçirmişdir.

7 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin Çexiyaya işgüzar səfəri çərçivəsində Praqada Türkiyə Respublikasının Prezidenti A.Gül ilə görüşü olmuşdur.

12-14 may 2009-cu il tarixlərində Türkiyə Respublikasının Baş Naziri R.T.Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olmuşdur.

26 may 2009-cu il tarixində Türkiyə Respublikasının Xarici İşlər Naziri Ə.Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində qonaq Xarici İşlər Naziri E.Məmmədyarovla, Milli Məclisin sədri O.Əsədovla və Baş Nazir A.Rasi-zadə ilə görüşlər keçirmiş, Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilmişdir.

22 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyə Respublikasının Xarici İşlər Naziri Ə.Davudoğlu ilə İstanbul şəhərində görüş keçirmişdir.

25-29 sentyabr 2009-cu il tarixində Türkiyə Böyük Millət Məclisinin sədri M.Ə.Şahin Bakıda səfərdə olmuşdur.

2-3 oktyabr 2009-cu il Naxçıvanda keçrilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında Türkiyə Respublikasının Prezidenti A.Gül iştirak etmişdir.Toplantı zamanı A.Gül ilə Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin görüşü olmuşdur.

19-22 oktyabr 2009-cu il tarixlərində Türkiyənin Xarici İşlər naziri Ə.Davutoğlu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçrilən Xarici İşlər nazirlərinin Görüşündə iştirak etmişdir.

23 dekabr 2009-cu ildə Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyəyə rəsmi səfər etmişdir.

02 aprel 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyəyə səfər etmişdir.

26 aprel 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyəyə rəsmi səfər etmişdir.

19 aprel 2010-cu ildə Ə. Davudoğlu Azərbaycana işgüzar səfər etmişdir.

17 may 2010-cu il tarixində Türkiyə Respublikasının Baş Naziri R.T.Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olmuşdur.

7-8 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdə olmuşdur.

16-17 avqust 2010-cu ildə Türkiyə Prezidenti Abdulla Gül Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdır.

15-16 sentyabr 2010-cu ildə Prezident İlham Əliyev türkdilli ölkələrin İstanbul sammitində iştirak etmək məqsədilə Türkiyədə səfərdə olmuşdur. Səfər zamanı, Azərbaycan və Türkiyə arasında Yürsək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında bəyanat imzalanmışdır.

2-4 noyabr 2010-cu ildə Xarici İşlər Naziri E.Məmmədyarov Türkiyəyə işgüzar səfər etmişdir.

22-24 dekabr 2010-cu ildə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Türkiyəyə səfər etmişdir.
 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn