AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

Baş KonsulluqÜmumi məlumat
 
Ümumi məlumat

               

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməyə uyğun olaraq, Baş Konsulluğun əsas vəzifə və funksiyalarına aşağıdakılar daxildir:
 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər sahələrdə əlaqələrin genişlənməsinə yardım göstərmək;  

Konsul dairəsində Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini səlahiyyət daxilində müdafiə etmək.

Konsul dairəsində Azərbaycan Respublikasının konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirmək;

Konsul dairəsində Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında məlumatın yayılmasını təmin etmək; 

Konsul dairəsinə daxil olan ərazilərdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına Baş Konsulluğun səlahiyyətləri daxilində yardım etmək; 

Öz səlahiyyətləri daxilində Türkiyə qanunvericiliyinə riayət etməklə, Azərbaycan Respublikası vətəndaşlarına mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım göstərmək; 

Qanunvericiliklə müəyyən olunmuş qaydada konsul dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparmaq; 

Konsul dairəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışı üzrə lazımi tədbirlər görmək; 

Konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərmək; 

Öz səlahiyyətləri daxilində notariat əməliyyatlarını, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, vətəndaşlıq məsələləri üzrə funksiyalarını, sənədlərin leqallaşdırılması və digər arayışların verilməsi, vərəsəlik məsələləri, qəyyumluqla, himayəliklə və övladlığa götürülməklə bağlı tədbirləri qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə yerinə yetirmək; 

Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, məhkəmə və digər dövlət hakimiyyəti orqanlarında Türkiyə qanunvericiliyinə riayət etməklə onları müəyyən olunmuş qaydada təmsil etmək və ya müvafiq təmsilçiliyini təşkil etmək; 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pasport-viza xidmətlərini həyata keçirmək; 

Azərbaycan Respublikasının qanunvericiliyinə və müəyyən olunmuş qaydaya uyğun olaraq konsul dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini müəyyənləşdirmək və onlara müvafiq sənədlər vermək; 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıtmaq üçün qayıdış şəhadətnaməsi vermək; 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasına gəlmək istəyən şəxslərə viza və digər müvafiq sənədlər vermək; 

Konsul dairəsində yerləşən və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz və çay gəmiləri, Azərbaycan Respublikasının hərbi gəmiləri və köməkçi hərbi gəmiləri, Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmiləri və onların heyəti ilə bağlı qanunla müəyyən edilmiş funksiyaları həyata keçirmək, belə gəmilərə və onların heyətinə Türkiyə qanunvericiliyinə riayət etməklə yardım göstərmək; 

Qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən Azərbaycan hərbi və mülki məzarlarının, qəbirüstü abidələrinin, abidə nişanlarının və memorial (xatirə) tikililərinin uçotu, mühafizəsi və abadlığı üzrə tədbirlər görmək; 

Türkiyə qanunvericiliyi ilə qadağan olunmayan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər funksiyaları həyata keçirmək.

 

 

 

 

 
Elanlar
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası
31-ci İstanbul Beynəlxalq Kitab Sərgisi günlərində “Azərbaycan xəmsəsi – Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi-bədii tədbir keçiriləcəkdir. Tədbirdə AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol, II Respublika Müğam Festivalının qalibləri iştirak edəcəklər. Tarix: 20.11.2012 Saat 14.30 Yer: Tüyap Forum alanı, 10.Salon, Büyükçekmece – İstanbul.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn