27.09.13 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq olaraq 35.6-cı və 47.8-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul qeydiyyatına durmuş seçicilər xarici pasport əsasında seçki məntəqəsində səhər saat 08.00-dan axşam saat 19.00-dək təşkil olunacaq səsvermədə iştirak edə bilərlər. Səsvermədə iştirakla əlaqədar 0212 325 80 45 (daxili 138, 145) telefon nömrəsindən əlavə məlumat əldə etmək olar. Məntəqə Seçki Komissiyası