İstanbulda 20 yanvar faciəsinin 21-ci il dönümü qeyd olunub.
Vətənimizi ucalığa daşıyan şəhidlərimizin ruhu ehtiramla yad edilib.
Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğumuz, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirdi. Mərasimdə konsulluğumuzun əməkdaşları, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın diaspora nümayəndələri, geyri-hökümət təşkilatların, siyasi partiyaların nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr iştirak edirdi.
Baş Konsul Həsən Zeynalov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin mübarizə tarixinə nəzər salaraq bildirdiki, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarı bütün gələcək nəsillərə nümunə olacaq. Rus hərbi imperiyasının törətdiyi qanlı faciə heç zaman unudulmayacaq. Həsən Zeynalov qeyd etdi ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və qanları ilə şərəfli tarix yazdılar.
Sonra, 20 yanvar hadisələri ilə bağlı film nümayiş etdiridi.
İstanbulda yaşayan ziyalılarımız da çıxışlarında şəhidlik zirvəsinin
ucalığından söhbət açaraq, nəsillərə nümunə olan qəhrəmanlıq tariximizdən bəhs etdilər. Çıxışlarda vurğulandı ki, vətəninin azadlığı üçün canından keçən oğulların dövləti, bu gün bütün aləmdə günəş kimi parlayır. Bu təcəssümdə, Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük zəhməti var. Bütün bunların müqabilində Azərbaycan bu gün bütün dünyaya haqq işini bəyan etməkdə və zəfərlərini bir-birinin ardına düzməkdədir. Vurğulandı ki, indi şəhidlərin ruhu arxayındır ki, mübarizələri boşa getməyib.