AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.

 İstanbulda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.  

İstanbulun Sarıyer rayonunda yerləşən Ümummilli Lider Heydər Əliyevin 
adını daşıyan parkda keçirilən tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov ümummili lider Heydər Əliyevin həyat yolundan və zəngin siyasi irsindən danışdı. Ölkəmizin müstəqilliyinin güclənməsində və dövlətçiliyin qorunub-saxlanmasında, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırdı.
Heydər Əliyev fondunun Türkiyə təmsilçisi  Dr.Samir  Cəfərovda  Ümummilli lider Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışaraq  bildirdi ki, ümummilli lider 
Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan 
tarixinin ayrılmaz bir hissəsini təşkil edir.  Bu gün ölkəmizin bütün 
sahələrində Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla 
reallaşmaqdadır. 
İstanbulun Sarıyer rayonunun Bələdiyə başkanı Şükrü Gənç 
Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulayaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın rəhbərlik etdiyi bələdiyyənin ərazisində olmasından qürur hissi keçirdiyini dedi.
Turcaz Petrol yönətim kurulu başkanı Erdal Aksoy Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərindən  danışdı.
Daha sonra tədbir Türkiyənin Baxçaşəhər Universitetində davam etdirildi. 
Universitetin rektoru  Professor Yılmaz Esmer müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərindən söz açdı.Ümummilli liderimizin dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi olduğunu qeyd etdi. 
Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov ümummilli lider tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.  Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Digər çıxış edən millət vəkillərimiz Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev ümimmilli liderin Azərbaycanda dövlət quruculuğu prosesində rolundan və xalqımızın qarşısında misilsiz xidmətlərindən bəhs etdilər.
Marmara Qrupu Strateji və sosyal araşdırmalar  başqanı Akkan Süver  bir zamanlar xəyal kimi görünən Bakı – Tiflis – Ceyhan neft kəmərinin tikintisi yalnız Heydər Əliyevin siyasi iradəsi ilə gerçəkləşdiyini qeyd edərək bölgədə enerji təhlükəsizliyinin əsasının qoyulduğunu vurğuladı. Tədbir pianoçu İslam Manafov və xalq artisti Briliant Dadaşovanın ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə sona çatdı. 
Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
Ümummilli Lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə İstanbulda anma mərasimi keçirildi
İstanbul 30-cu Beynəlxalq Kitab sərgisində “Kitabi-Dədə Qorqutdan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Qurban bayramı münasibəti ilə Baş Konsulluq tərəfindən bayram sovqatları paylandı
Ramazan Bayramı münasibəti ilə yardım qutuları paylandı
İstanbulda Azərbaycanın Respublika Günü qeyd edildi
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Elanlar
BAŞ KONSULLUĞUMUZ 18.06.2012 TARİXİNDƏN ETİBARƏN AKATLAR MƏHƏLLƏSİ, ZEYTİNOĞLU CADDESİ, №65 BEŞİKTAŞ / İSTANBUL ADRESİNDƏ XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYACAQDIR
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn