AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
20 yanvar 2012-ci il tarixində  İstanbulun Etiler rayonunda yerləşən Uygulama Mehmanxanasında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı sərgi və konfrans keçirildi. Zalın foyesində faciə qurbanlarına həsr edilmiş foto sərgi təşkil edilmiş və məlumat-təbliğat materiallarından ibarət masalar hazırlanmışdır. Mərasimdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hər iki ölkənin dövlət himni səsləndirilmişdir.
Konfransı çıxış sözü ilə açan Baş konsul Həsən Zeynalov  sovet ordusunun ölkəmizin ərazi bütövlüyü və  azadlığı uğrunda mübarizəyə qalxan silahsız Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən danışmış, 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsinin yazdığı gün olduğunu qeyd edərək bu günün Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda Türkiyənin CHP İstanbul millət vəkili Ali Özgündüz, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Türkiyə-Azərbaycan Dostluq, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Salih Bayrakdar, Azərbaycan-Türkiyə Dərnəyin sədri Səfər Karakoyunlu, Azərbaycan Mədəniyyət Evi Dərnəyinin sədri Erol Göllü, Yıldız Texnik Universitetinin professoru Adil Allahverdiyev, İstanbul Boğaziçi Universitetinin  tələbəsi  Nuranə Əzizli faciə ilə bağlı geniş çıxışlar edərək, məsələyə öz münasibətlərini nümayiş etdilər.
İstanbul Universitetinin tələbəsi Sərxan Məmmədov 20 yanvar şəhidlərin xatirəsinə həsr etmiş yazdığı şeri tədbirdə oxuyarkən iştirakçıları çox duyğulandırdı.
Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan televiziyasının hazırladığı “Azadlığa gedən yol” sənədli filmi nümayiş etdirildi. Tədbir iştirakçıları təbliğat materiallarına böyük maraqlarına göstərdiyi üçün bütün kitab və broşürlər onlara hədiyyə edildi.
Tədbirdə millət vəkili, mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatların, siyasi partiyaların nümayəndələri, İstanbulda fəaliyyət göstərən mədəniyyət və elm xadimləri, iş adamları, müəllim və tələbələr iştirak etmişlər. Həmin gün İstanbulun bir necə məscidində şəhidlərin ruhuna ehsan verildi və dualar oxundu.
Tədbir TRT AVAZ TV kanalında canlı yayımlandı, AzTV və İTV kanalları və “Olaylar” informasiya agentliyi və digər mətbuat vasitələri tərəfindən geniş işıqlandırıldı.

 

Qanlı 20 Yanvar faciəsinə həsr edilmiş sərgi və konfrans İstanbulda keçirildi
31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İstanbulda qeyd edildi
Ümummilli Lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibəti ilə İstanbulda anma mərasimi keçirildi
İstanbul 30-cu Beynəlxalq Kitab sərgisində “Kitabi-Dədə Qorqutdan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə
Qurban bayramı münasibəti ilə Baş Konsulluq tərəfindən bayram sovqatları paylandı
Ramazan Bayramı münasibəti ilə yardım qutuları paylandı
İstanbulda Azərbaycanın Respublika Günü qeyd edildi
Türkiyənin Kocaeli şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan park açıldı.
İstanbulda keçirilən konsulluqlarası futbol turnirində Azərbaycan Baş Konsulluğun komandası çempion oldu
İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü qeyd edilib.
Xocalı sopyqırımın 19-cu ildönümü İzmirdə anıldı
İstanbulda 20 Yanvar şəhidləri anılıb
 
Elanlar
BAŞ KONSULLUĞUMUZ 18.06.2012 TARİXİNDƏN ETİBARƏN AKATLAR MƏHƏLLƏSİ, ZEYTİNOĞLU CADDESİ, №65 BEŞİKTAŞ / İSTANBUL ADRESİNDƏ XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYACAQDIR
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn