AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
Elmar Məmmədyarov İspaniyada rəsmi görüşlərə başlayıb
Elmar Məmmədyarov İspaniyada rəsmi görüşlərə başlayıb
Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyaya rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, İspaniyanın aparıcı qəzetlərindən olan “El Mundo” qəzetinə Azərbaycan ilə İspaniya arasında mövcud olan əlaqələr və onların inkişaf perspektivləri barədə E.Məmmədyarovun verdiyi müsahibədən başlayan səfər Azərbaycan müstəqilliyinin bərpa olunması günündən iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfərdir.
Bu gün isə E.Məmmədyarov İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə Dövlət Katibi Alfredo Bonet ilə görüşüb. Görüşdə, həmçinin Azərbaycanın İspaniyadakı səfiri A.Əfəndiyev, yuxarıda qeyd olunan  nazirliyin qurumu olan İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya Şirkətinin Baş Menecerinin müavini, İspaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin Direktorunun müavini, İspaniyanın ən böyük şirkətlərindən biri olan “Tecnicas Reunidas” şirkətinin Prezidenti, İcraçı Vitse-prezidenti, Baş Katibi və digər yüksək səviyyəli rəsmiləri iştirak edib.
Görüş əsnasında E.Məmmədyarov ilə Dövlət Katibi A.Bonet ölkələr arasında olan əlaqələrin cari vəziyyəti, onların inkişaf etdirilməsi və yeni mərhələyə çıxarılması perspektivləri, bunun üçün mövcud olan potensial, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın incəlikləri və Azərbaycanda İspaniya səfirliyinin açılması vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı E.Məmmədyarov respublikamızın son illərdəki iqtisadi artımı və əldə olunan nailiyyətləri, neft və qaz siyasəti, o cümlədən ixrac həcmləri və bu sahənin şəffaflığı, neftdən gələn gəlirlərin paylaşdırılması, ölkə iqtisadiyyatının diversifikasiyası prosesi, həyata keçirilən iri layihələr və təşəbbüslər barədə qarşı tərəfə məlumat verib.
Öz növbəsində A.Bonet Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlarını, bu sahədə ispan şirkətlərinin fəal olmasının vacibliyini qeyd edib.
E.Məmmədyarov iki ölkə arasında biznes forumunun təşkil olunması vacibliyini, həmin forumun məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətini, bu tədbirə önəm verilməsi üçün İspaniyanın yüksək vəzifəli rəsmisinin forum iştirakçıları ilə ölkəmizə səfər etməsinin vacibliyini xüsusi vurğulayaraq, həmin səfər zamanı iki ölkə arasında iqtisadi sahədə müvafiq hüquqi sənədlərin imzalanması mümkünlüyünü bildirib.

16.06.2011 15:31  

Azərbaycan “Böyük iyirmiliyin” üzvü olan ölkələrin Meksikada keçiriləcək sammitində iştirak edəcəkdir
Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar
Azərbaycan və Türkiyə əlaqələri daha möhkəm özüllər üzərində qurulur
H.S.Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verildi
Cumhurbaşkanı Aliyev AP Başkanı ile ortak basın toplantısı düzenledi
BMT xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə hakimiyyəti, yaxud işğal altında yaşayan
ATƏT-in baş katibi: “Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər”
Elmar Məmmədyarov İspaniyada rəsmi görüşlərə başlayıb
 
Elanlar
BAŞ KONSULLUĞUMUZ 18.06.2012 TARİXİNDƏN ETİBARƏN AKATLAR MƏHƏLLƏSİ, ZEYTİNOĞLU CADDESİ, №65 BEŞİKTAŞ / İSTANBUL ADRESİNDƏ XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYACAQDIR
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn