AZ  TR  EN
Baş Səhifə Linklər Əlaqə
 

Isletim sisteminiz Flash Ögeleri Desteklemiyor.
Yüklemek için tiklayiniz.

 
Azərbaycan “Böyük iyirmiliyin” üzvü olan ölkələrin Meksikada keçiriləcək sammitində iştirak edəcəkdir
Azərbaycan “Böyük iyirmiliyin” üzvü olan ölkələrin Meksikada keçiriləcək sammitində iştirak edəcəkdir+A
 Azərbaycan “Böyük iyirmiliyin” üzvü olan ölkələrin fevralın 18-dən 20-dək Meksikanın Los Kabos şəhərində keçiriləcək sammitində iştirak edəcəkdir. Ölkəmizi sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
AzərTAc xəbər verir ki, bu sözləri fevralın 16-da Azərbaycanın xarici siyasət idarəsinin mətbuat katibi Elman Abdullayev demişdir.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulamışdır ki, Azərbaycanın bu cür önəmli bir tədbirə dəvət olunması ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurdur. Ölkəmizin bu sammitdə iştirak etmək üçün dəvət olunması, həmçinin Azərbaycanın sürətli inkişafının, regiondakı mövqeyinin göstəricisidir.
E.Abdullayev qeyd etmişdir ki, xarici işlər nazirləri səviyyəsində keçiriləcək tədbirdə “Böyük iyirmiliyin” üzvü olan ölkələrdən başqa Avstriya, Norveç, İspaniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Kolumbiya, Kamboca, Əlcəzair və Afrika İttifaqı təşkilatı təmsil olunacaqdır. “Böyük iyirmiliyin” üzvü olan ölkələrin builki sammitində əsasən dövlətlərin üzləşdiyi makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, maliyyə məsələləri, ərzaq təhlükəsizliyi problemlərinin həlli müzakirə olunacaqdır. 16 fevral 2012, AzərTAC
 

 

Azərbaycan “Böyük iyirmiliyin” üzvü olan ölkələrin Meksikada keçiriləcək sammitində iştirak edəcəkdir
Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar
Azərbaycan və Türkiyə əlaqələri daha möhkəm özüllər üzərində qurulur
H.S.Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verildi
Cumhurbaşkanı Aliyev AP Başkanı ile ortak basın toplantısı düzenledi
BMT xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə hakimiyyəti, yaxud işğal altında yaşayan
ATƏT-in baş katibi: “Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər”
Elmar Məmmədyarov İspaniyada rəsmi görüşlərə başlayıb
 
Elanlar
BAŞ KONSULLUĞUMUZ 18.06.2012 TARİXİNDƏN ETİBARƏN AKATLAR MƏHƏLLƏSİ, ZEYTİNOĞLU CADDESİ, №65 BEŞİKTAŞ / İSTANBUL ADRESİNDƏ XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYACAQDIR
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər üçün sadələşdirilmiş viza prosedurları Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları aşağıdakı sənədlər əsasında Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2. Avropa Yayımları Birliyinin (AYB) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 3. Mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: 1. Mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 15 apreldən 1 iyunadək; 2. AYB qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 10 maydan 1 iyunadək.
 
Digər
Həsən Sultan oğlu Zeynalov
Başkonsul
Baş Konsulun Müraciəti
Tərcümeyi-hal
 
 Copyright © 2011 - Azərbaycan Respublikası İstanbul Başkonsolosluğu Veb Dizayn